Vyetnamlı Baş katibin rəsmi qarşılanma mərasimi olub
Siyasət 07 May 2025 16:36:00 92 0
Azərbaycana dövlət səfərinə gələn Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayın 7-də rəsmi qarşılanma mərasimi olub.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamı və xanımı No Fon Lini qarşıladılar.
Fəxri qarovul dəstəsinin rəisi Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinə raport verdi.
Vyetnam Sosialist Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın qarşısından keçdi.
Sonra rəsmi foto çəkdirildi. Son.az
"Miss Azerbaijan 2019"un qalibi Səmra Hüseynovam açıqlaması ilə

Moskvaya səfərə yollanan Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi

Mayın 8-i saat 17:00-da yazıçı-dramaturq Hidayətin "Burdan min atlı k

Beynəlxalq Muğam Mərkəzində "Muğam mühazirələri"nin "Zab

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin

Nərimanov Rayon Məhkəməsində quldurluqda təqsirləndirilən Səbinə Ağab

Bakıda sənədsiz torpaq satan dələduzlar saxlanılıb.

Yalnız "CineMastercard" premium kinoteatrlar şəbəkəsində mayın

İstanbul Texniki Universitetinin alimləri tərəfindən hazırlanan ilkin hes

Prezident İlham Əliyev sənaye parklarının bərpa olunan enerji mənbələri

Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" və "Lisenz

Türkiyənin Çanaqqala vilayətində keçirilən qeyri-adi bir toy mərasimi so

"YouTube"a yeni məzmun yükləməkdə çətinlik çəkirsinizsə, tə

Dünyamız təbiətin heyrətamiz möcüzələri ilə zəngindir və Avstraliyad

İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian Məşhədə səfəri çə
