Böyük fəlakət qarşıdadır Ekspertən 7 ballıq zəlzələ xəbərdarlığı
Dünya 07 May 2025 15:46:00 78 0
İstanbul Texniki Universitetinin alimləri tərəfindən hazırlanan ilkin hesabat 23 aprel 2025-ci il tarixində Mərmərə dənizinin mərkəzində baş vermiş 6,2 bal gücündə Silivri zəlzələsinin bölgədə toplanmış seysmik enerjinin yalnız 12 faizini boşaltdığını, enerjinin böyük hissəsinin isə hələ də mövcud olduğunu ortaya qoyub.
Bu xəbəri də oxu: HindistanPakistan gərginliyindən ən qazanclı çıxan onlar oldu
Son.az xəbər verir ki, İTÜ-nün Mədən Fakültəsi Dekanı Prof. Dr. Mustafa Kumralın rəhbərliyi ilə Prof. Dr. Cenk Yaltırak və digər mütəxəssislərdən ibarət Fəlakət İdarəetmə Tətbiq və Araşdırma Mərkəzi (MATAM) tərəfindən hazırlanan hesabatda qeyd olunur ki, zəlzələ 1766-cı ildən bu yana yığılan gərginliyin az bir hissəsini boşaltsa da, bölgə üçün təhlükə hələ də qalmaqdadır.
13 kilometr dərinlikdə baş verən və 13 saniyə davam edən zəlzələnin episentri Silivridən 26 kilometr cənubda yerləşib. 25 aprelə qədər bölgədə 291-dən çox afterşok qeydə alınıb.
Prof. Dr. Yaltırak qeyd edib ki, bu zəlzələ böyük bir faciənin siqnalı deyil, lakin gələcəkdə baş verə biləcək daha böyük zəlzələnin xəbərçisidir: Tarixi məlumatlar göstərir ki, eyni anda bir neçə qırılmanın baş verməsi ilə dağıdıcı silsilə zəlzələlər müşahidə olunub. Bu, 1999-cu il İzmit və 2023-cü il Kahramanmaraş zəlzələlərində də belə olub" .
Hazırkı vəziyyət bölgənin seysmik baxımdan hələ də təhlükəli olduğunu göstərir və mütəxəssislər vətəndaşları hazırlıqlı olmağa çağırırlar.
Fidan Son.az
Prezident İlham Əliyev sənaye parklarının bərpa olunan enerji mənbələri

Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" və "Lisenz

Türkiyənin Çanaqqala vilayətində keçirilən qeyri-adi bir toy mərasimi so

"YouTube"a yeni məzmun yükləməkdə çətinlik çəkirsinizsə, tə

Dünyamız təbiətin heyrətamiz möcüzələri ilə zəngindir və Avstraliyad

İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian Məşhədə səfəri çə

Məşhur amerikalı televiziya aparıcısı Ellen DeGeneres və onun həyat yold

ChatGPT beynimizlə bərabər, dünyanın su ehtiyatlarını da məhv edirmiş.

Baş nazir Əli Əsədovun bu gün imzaladığı qərarla "Ali təhsil mü�

Aparıcı Zaur Nəbioğludan meyxanaçı Aqşin Fateh arasında gərgin anlar ya

Azərbaycanda əmək münasibətlərində yeni mərhələyə keçid müzakirə o

Azərbaycanda son dövrlərdə bank kartlarından kütləvi şəkildə vəsaitl�

Son dövrlər pensiya kapitalından istifadə məsələsi cəmiyyətin diqqət m

Son illər video oyun dünyasında ən çox gözlənilən layihələrdən biri o

Şair və qiraətçi Nazilə Səfərli sevincini izləyiciləri ilə bölüşüb
