950 milyon sərvəti var, dolana bilmədiyini açıqladı İş adamı gündəmdə
Digərləri 26 Dek 2025 23:51:00 60 0
Türkiyədə "ESAS" Holdinqin İdarə Heyətinin sədri Ali Sabancı "Fast Company Türkiye" tərəfindən İstanbulda təşkil edilən 2025-ci ilin son "CEO Council" tədbirində çıxışı ilə gündəmi olub. Milyarder iş adamı çıxışında "Dolana bilmirəm" ifadəsini işlədib.
Bu xəbəri də oxu: Xaricdə attestatla qəbul olunanların kvalifikasiyaları tanınmır
Son.az xəbər verir ki, sualları cavablandıran Ali Sabancı rəhbərlik etdiyi şirkətin fəaliyyəti haqqında mühüm rəqəmlər paylaşıb:
Şirkət təxminən 9 milyar dollar dəyərində aktivləri idarə edir. Bu vəsaitlərin 50%-i xaricdə - London, Frankfurt, Nyu-York və Dubaydakı ofislər vasitəsilə idarə olunur. Şirkətin ABŞ-dən Afrikaya qədər 120-130 tərəfdaşı var.Sabancı insanların maddi ambisiyalarından danışarkən özünü nümunə gətirib: "Hər kəsin maddi məqsədləri var. Bilirsinizmi, mənim də maddi ambisiyalarım var. Mən dolana bilmirəm. Yəni, arzuladıqlarımla müqayisədə keçinə bilmirəm. Buna görə də işi çox doğru qurmaq lazımdır. İnsanları maliyyə cəhətdən 'sərxoş edəcək' strukturlar olmalıdır ki, istedadlı kadrlar başqa yerə getməsinlər."
Ali Sabancı Türkiyədəki iqtisadi gündəmlə qlobal reallıqları müqayisə edib: "Biz elə bir ölkədə yaşayırıq ki, təbii olaraq 'faiz nə olacaq?', 'inflyasiya nə olacaq?' suallarına köklənirik. Halbuki Londona enəndə və pasport nəzarətindəki məmur 'səfərinizin məqsədi nədir?' deyə soruşanda real dünyanın nə qədər böyük olduğunu anlayırsan."
İş adamı qlobal oyunçu olmağın vacibliyini maraqlı bənzətmə ilə izah edib: "Mən 'türkləri bəyənmirəm' demirəm. Amma Yaponiyaya gedəndə kababçıya deyil, suşi yeməyə getməlisən. Mühit nəyi tələb edirsə, onu etməlisən. Bunun üçün də tez-tez buradan (Türkiyədən) çıxmaq lazımdır. Buradan çıxanda hər şeyi daha yaxşı anlayırsan."
Sabancı sonda qeyd edib ki, Londona gedərkən pasport polisinin sualına həmişə eyni cavabı verir: "Həm əyləncə, həm də iş üçün gəlirəm." Lalə Qüdrətova Son.az
Məşhur müğənni Ebru Gündeşin cəmi bir neçə ay əvvəl boşandığı ke
Paltaryuyan maşının qapağına qoyulan adi bir qaşıq kiflənmənin qarşıs
Aktyor Elcan Rəsulov ötən il Aktau yaxınlığında vurulan AZAL təyyarəsin
Elm dünyası isidilmə xərclərini minimuma endirəcək böyük bir kəşfə i
Göygöldə baş vermiş yol-nəqliyyat hadisəsi 3 nəfərin xəsarət alması
Kimyəvi təmizləmə sektorunda illərdir tətbiq olunan, lakin ev istifadəçi
"Meyxanaçıların sənəti bədahətəndir, əvvəlcədən əzbərlənmir.
Dondurulmuş qidaların buzunu açarkən soyuducu, soyuq su və ya mikrodalğal�
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdir müavini Pərvin Ağasiyev və
Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzi
Müğənnilər Sevil və Sevinc Səfərova onlara mənfirıy yazan izləyicini t
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və
"Moskvada 3 otaqlı ev almışam. Allah hamıya qismət etsin. Evimdə mahn
