Piyada vurma hadisəsində bir sürücü də salamat çıxmır Günah niyə həmişə "vurandadır"?


Digərləri 24 Dek 2025 10:30:00 69 0

Piyada vurma hadisəsində bir sürücü də salamat çıxmır  Günah niyə həmişə "vurandadır"?

"Mən hansısa təcrübəyə rast gəlməmişəm ki, piyada vurma hadisəsində məhkəmə yekun qərar versin ki, burada günah piyadadır, sürücü heç bir məsuliyyət daşımır. Hansı iş məhkəməyə düşürsə, hökm mütləq azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması ilə nəticələnməlidir. Hakimlər elə bil qarşılarına məqsəd qoyublar ki, buradan bir salamat adam çıxmasın".

Son.az xəbər verir ki, bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.

"Mən bu məsələ ilə bağlı bir dəfə sual ünvanladım ki, sizin məqsədiniz nədir? Bu adamı həbsxanaya göndərməklə nə qazanırsınız? Axı birincisi, sürücü bunu bilərəkdən etməyib. İkincisi və bəlkə də ən vacibi, həmin qadın orada nə gəzirdi? Üçüncüsü isə, onsuz da hadisə baş verib, geri dönüş yoxdur. Bu şəxsin himayəsində xəstə bacısı var, ailəsi var. Siz niyə israrla onu həbsxanaya göndərməyə çalışırsınız? Bu nə cəzadır, nə bəladır?"

E.Muradlının sözlərinə görə, çox vaxt kifayət qədər sübut olsa belə, məhkəmələr əsasən məhkəmə-tibbi ekspertiza rəyinə söykənirlər. Halbuki bu qurumun fəaliyyəti illərdir ciddi suallar doğurur:

"Yeni ədliyyə naziri gələndən sonra, bildiyim qədərilə, bu sistemi yeniləməyə cəhd etdi. Çünki orada illərlə "yeyib qarın bağlamış", şablon qərarlar verən ekspertlər var idi. Elə bil siyirmələrində hazır rəylər saxlayırdılar ki, ad-soyadı dəyiş, vəssalam, "sən günahkarsan". Axı ekspert kimdir? Sən hadisə yerinə baxmalısan, müayinə aparmalısan, ölçmələr etməlisən".

Nəqliyyat eksperti bildirib ki, vətəndaş hadisə anında affekt vəziyyətində ola bilər, özündə olmaya bilər:

"O izahatında deyir ki, guya yolun bu tərəfindən gəlirdi, sən də götürüb onun dediyinə uyğun rəy yazırsan. Amma kamera görüntülərinə baxanda görürsən ki, bu adam xəttin o tərəfində yox, bu tərəfində idi. Sən görüntüyə yox, onun dediyinə əsaslanırsan və bütün məsuliyyəti sürücünün üzərinə yükləyirsən. Bu nə dərəcədə vicdanlı ekspert rəyi sayıla bilər?"

Moskvada daha bir partlayış  İki polis həlak oldu like
  • 24 Dek 10:25  
Digərləri Moskvada daha bir partlayış İki polis həlak oldu

Moskvada yol polisinə məxsus xidməti avtomobilin yaxınlığında partlayış

arrow Ətraflı
Liviyada 3 günlük matəm elan edildi like
  • 24 Dek 10:17  
Dünya Liviyada 3 günlük matəm elan edildi

Ankara yaxınlığında baş verən təyyarə qəzasında Liviya hərbi nümayə

arrow Ətraflı
Lalə Azərtaş evini nümayiş etdirdi like
  • 24 Dek 10:15  
Şou-biznes Lalə Azərtaş evini nümayiş etdirdi

Tele-aparıcı Lalə Azərtaş evini nümayiş etdirib. 

arrow Ətraflı
Bakıda Din Xadimlərinin II Forumu keçirilir like
  • 24 Dek 10:12  
Siyasət Bakıda Din Xadimlərinin II Forumu keçirilir

Bakıda "Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbayc

arrow Ətraflı
Boğazında qida qalan 2 aylıq körpə öldü like
  • 24 Dek 10:08  
Digərləri Boğazında qida qalan 2 aylıq körpə öldü

Abşeron rayonunda 2 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb.

arrow Ətraflı
Ruslan Eyyubovun dəniz sahilində 15 hektarlıq malikanəsi üzə çıxdı  Gizli liman? like
  • 24 Dek 10:01  
Digərləri Ruslan Eyyubovun dəniz sahilində 15 hektarlıq malikanəsi üzə çıxdı Gizli liman?

Dövlət Gömrük Komitəsi, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı v

arrow Ətraflı
"Narahat olmayın, gələn il daha da pis olacaq" like
  • 24 Dek 09:45  
Dünya "Narahat olmayın, gələn il daha da pis olacaq"

İtaliyanın Baş naziri Corcia Meloni Milad bayramı ərəfəsində ofisinin ə

arrow Ətraflı
Xətainin bəzi küçələrində qaz olmayacaq like
  • 24 Dek 09:35  
Digərləri Xətainin bəzi küçələrində qaz olmayacaq

Bu gün Bakının Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasil

arrow Ətraflı
Azərbaycanda “ən pis yeri” axtardı, tapa bilmədi like
  • 24 Dek 09:25  
Digərləri Azərbaycanda “ən pis yeri” axtardı, tapa bilmədi

Sosial şəbəkədə Azərbaycanla bağlı yayılan video maraq doğurub.

arrow Ətraflı
Azərbaycanda iki valyuta yenidən bahalaşdı like
  • 24 Dek 09:11  
Digərləri Azərbaycanda iki valyuta yenidən bahalaşdı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Pərdələri qar kimi ağardan təbii üsul: Cəmi bir məhsulla möhtəşəm nəticə like
  • 24 Dek 08:41  
Digərləri Pərdələri qar kimi ağardan təbii üsul: Cəmi bir məhsulla möhtəşəm nəticə

Pərdələr evdə gün işığına, toza, hava çirkliliyinə və mətbəx buxar

arrow Ətraflı
Hamamdan gələn pis qoxulara son: Kanalizasiya qoxusunu tamamilə yox edən metod like
  • 24 Dek 08:08  
Digərləri Hamamdan gələn pis qoxulara son: Kanalizasiya qoxusunu tamamilə yox edən metod

Hamam və ya tualetdən gələn ağır kanalizasiya qoxusu bir çox evdə rast g

arrow Ətraflı
10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti like
  • 24 Dek 07:07  
Digərləri 10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

Ətirli qoxusu və qat-qat açılmış xəmir hissi verən tava börəyi xüsus

arrow Ətraflı
Bişmiş kələmə süd əlavə edin  Aşpazlar belə edir like
  • 24 Dek 06:06  
Digərləri Bişmiş kələmə süd əlavə edin Aşpazlar belə edir

Peşəkar aşpazların kələm bişirərkən tez-tez müraciət etdiyi bir üsul

arrow Ətraflı