“Narkotik istifadə etmişəm, ancaq satmamışam”
Şou-biznes 24 Dek 2025 10:45:00 78 0
Türkiyədə məşhurların da adının hallandığı genişmiqyaslı narkotik əməliyyatları çərçivəsində saxlanılan tanınmış xəbər aparıcısı Ela Rümeysa Cebeci yenidən istintaqa ifadə verib.
Bu xəbəri də oxu: "Aləm qarışıb birbirinə, bu, faciəyə gətirib çıxarır"
Son.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Hazırda həbsdə olan Cebeci əvvəlki açıqlamalarından fərqli mövqe ortaya qoyaraq narkotikdən istifadə etdiyini etiraf edib.
O bildirib ki, indiyədək heç kimə narkotik satmayıb və ya ötürməyib. Lakin aparılan araşdırmalar zamanı qan analizlərində və "WhatsApp" yazışmalarında istifadəyə dair sübutların aşkarlandığını qeyd edib. Cebeci etiraf edib ki, keçmişdə narkotikdən istifadə edib, ancaq bunun kokain və ya kimyəvi maddələr olmadığını vurğulayıb. Onun sözlərinə görə, marixuana istifadəsinin cinayət sayıldığını bilməyib və bəzi ölkələrdə qanuni olduğu üçün bu səhvə yol verib.
İfadəsində adının hallandığı iş adamı və "Fənərbağça" klubunun prezidenti Sadettin Saranla münasibətlərinə də toxunan Cebeci, 2021-ci ildə sevgili olduqlarını, sonradan isə əlaqələrinin dostluq səviyyəsində davam etdiyini təsdiqləyib.
Aparıcı kokain istifadə etmədiyini sübut etmək məqsədilə saç və qan nümunələrinin yenidən götürülməsini tələb edib. O, satıcı deyil, yalnız istifadəçi olduğunu bildirib və əlavə edib ki, daha sonra işlə bağlı bildiyi bütün məqamları, həmçinin nüfuzuna dəyən ziyanı ətraflı şəkildə açıqlayacaq.
Hüseyn Son.az
Almaniyanın "Ertsgebirge" futbol klubunun keçmiş müdafiəçisi Seb
"Mən hansısa təcrübəyə rast gəlməmişəm ki, piyada vurma hadisə
Moskvada yol polisinə məxsus xidməti avtomobilin yaxınlığında partlayış
Ankara yaxınlığında baş verən təyyarə qəzasında Liviya hərbi nümayə
Bakıda "Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbayc
Abşeron rayonunda 2 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb.
Dövlət Gömrük Komitəsi, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı v
İtaliyanın Baş naziri Corcia Meloni Milad bayramı ərəfəsində ofisinin ə
Saatlıda iki nəfər dəm qazından boğularaq ölüb.
Bu gün Bakının Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasil
Sosial şəbəkədə Azərbaycanla bağlı yayılan video maraq doğurub.
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Pərdələr evdə gün işığına, toza, hava çirkliliyinə və mətbəx buxar
Hamam və ya tualetdən gələn ağır kanalizasiya qoxusu bir çox evdə rast g
