Ayaqlarımız niyə üşüyür? Əsas səbəb açıqlandı
Digərləri 24 Dek 2025 05:05:00 73 0
Bir çox insan, xüsusilə soyuq havalarda və ya ev şəraitində belə ayaqlarının tez-tez üşüdüyündən şikayətlənir.
Bu xəbəri də oxu: İddia sənədinin verilmə tarixi bu şəkildə müəyyən ediləcək
Son.az xəbər verir ki, mütəxəssislər bu vəziyyətin əsas səbəblərini açıqlayıb.
Həkimlərin sözlərinə görə, ayaqların üşüməsinin başlıca səbəbi qan dövranının zəifləməsidir. Orqanizm soyuq mühitdə ilk növbədə həyati vacib orqanları - ürək və beyni qorumağa çalışır. Bu zaman qan dövranı əllər və ayaqlar kimi periferik nahiyələrdə azalır, nəticədə ayaqlarda soyuqluq hissi yaranır.
Digər mühüm səbəblərdən biri aşağı təzyiq və ya damar daralmasıdır. Qan damarlarının kifayət qədər genişlənməməsi ayaqlara gedən qanın miqdarını azaldır. Bundan əlavə, dəmir çatışmazlığı (anemiya), qalxanabənzər vəzin zəif fəaliyyəti və şəkərli diabet də ayaqların üşüməsinə səbəb ola bilər.
Mütəxəssislər bildirir ki, uzun müddət hərəkətsiz qalmaq, stress, siqaret istifadəsi və nazik corab və ayaqqabılar da bu problemi artırır. Xüsusilə qadınlarda hormonal dəyişikliklər fonunda ayaqların tez üşüməsi daha çox müşahidə olunur.
Həkimlər ayaqların daim üşüməsi halında diqqətli olmağı və bu vəziyyətin uzunmüddətli xarakter daşıdığı təqdirdə mütləq həkimə müraciət etməyi tövsiyə edirlər. Sağlam qidalanma, müntəzəm hərəkət və isti geyim isə problemin azalmasına kömək edə bilər.
Fidan Son.az
Ağ rəngli geyimlər estetik görünsə də ləkələndikdə dərhal nəzər
ərinin qaşınması bir çox xəstəlik və orqanizmdə baş verən pozulmalar�
Havaların soyuması ilə birlikdə qripə yoluxma hallarında ciddi artım mü�
Yaponiyanın dünyada ən uzunömürlü xalqlardan biri olması uzun illərdir m
Gənclər və İdman Nazirliyi ilin idman yekunları ilə bağlı qala mərasimi
Müğənni Təranə Qumral toy qiymətini açıqlayıb.
Ankara Esenboğa Hava Limanından havaya qalxan və göyərtəsində Liviyanın
Türkiyəli tanınmış aktyor, rejissor və dramaturq Nedret Denizhan dünyası
Son.az 24 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəs
Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirlənd
Türkiyənin Konya vilayətinin Selcuklu rayonunda 3.5 maqnitudalı zəlzələ b
İspaniyanın şimalındakı Asturias bölgəsi son illərdə qeyri-adi kəşf
Mətbəxdə yemək hazırlayarkən "hansı cihaz daha az elektrik işlədir
