Ermənistan silahlı qüvvələrinin Xocalıya hücumu zamanı girov götürülmüş şəxs: Bıçağı uşaqlarımın boğazına söykəməklə mənə iztirab verirdilər
Siyasət 11 Avq 2025 14:21:00 60 0
Avqustun 11-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində zərərçəkmiş şəxs Aybəniz Orucova ifadə verərək, 1992-ci ildə Xocalı soyqırımından iki gün sonra əkiz oğlanları da daxil olmaqla bütün ailə üzvləri ilə birlikdə girov götürüldüyünü deyib.
Bu xəbəri də oxu: Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndiriləcək SƏRƏNCAM
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Aybəniz Orucova Xocalıya hücum zamanı meşəyə qaçdıqlarını, iki gün orada qaldıqdan sonra girov götürüldüklərini söyləyib. Qardaşı da daxil olmaqla doğmaları qətlə yetirilib.
Dövlət ittihamçısının suallarını cavablandıran zərərçəkmiş şəxs 7 gün Xankəndidə saxlanıldığını deyib. Martın 20-də özü, əkiz oğlanları isə martın 30-da girovluqdan azad edilib. "Girovluqda çox işgəncələr görmüşəm. Bıçağı götürüb əkiz uşaqlarımın boğazına söykəyib hədələdilər ki, başlarını kəsirik. Mənə bu cür iztirab verirdilər", - deyə zərərçəkmiş şəxs bildirib.
Zərərçəkmiş şəxs Hafizə Səfərova ifadəsində 1991-ci il dekabrın 7-də yaşadığı Füzuli rayonunun Divanalılar kəndinə hücum zamanı özünün və doğmalarının girov götürüldüyünü söyləyib. O deyib ki, girovluq zamanı soyuq yerdə saxlanılıb, özü və digər girovlar pis rəftara məruz qalıb. Girovluqda saxlanılan zaman atası Kərim Səfərov işgəncələr verilməklə qətlə yetirilib. Yeddi gün sonra benzin və dizel yanacağı müqabilində girovluqdan azad olunub.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Müğənni Özcan Deniz və ailəsi arasındakı mübahisələr bitmək bilmir.�

2025-ci ilin yanvar-iyul ayları ərzində Sverdlovsk vilayətindən minə yaxı

2020-ci ilin 44 günlük Vətən müharibəsində parlaq qələbə ilə başlaya

Bu ilin iyul ayında istehlak qiymətləri indeksi 2024-cü ilin iyul ayına nis

Vladimir Fekete "Dostluq" ordeni ilə təltif edilib.

Azərbaycanda ərazi müdafiəsi ilə bağlı norma təkmilləşdirilib.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini

Rauf Vəliyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni il

Bakıda tamah niyyəti ilə törədilən qətl hadisəsi üzrə iki şəxs barə

Toyota SUV rahatlığını müasir zəriflik və qabaqcıl hibrid texnologiyası

Bu ilin iyul ayında istehlak qiymətləri indeksi 2024-cü ilin iyul ayına nis

Avqustun 12-də gözlənilən hava şəraiti açıqlanıb.

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) rayonlararası marşrutlar üz

İyulun ayının 1-dən etibarən Bakı Tikiş Evində istehsal olunan məktəbl

Avqustun 11-də İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn Az
