İran Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını dəstəkləyən tərəf olub
Siyasət 11 Avq 2025 11:52:00 71 0
İran bundan öncə də Azərbaycan və Ermənistanı sülh razılaşmasını imzalamağa təşviq edən tərəf olub.
Bu xəbəri də oxu: Bolqarıstan XİN Azərbaycan və Ermənistan arasında razılaşmanı tərəflərin xoşməramlılığının sübutu adlandırır
Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (11 avqust) Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İran qonşu ölkələrlə yaxın təmasdadır və hər iki ölkə - Azərbaycan və Ermənistanla yaxşı münasibətlərə malikdir.
Bəqai bildirib ki, İranın mənafeyi ilə birbaşa və ya dolayısı ilə əlaqəsi olan proseslərdə bu ölkələrlə təmasda olması təbiidir. İranın qənaətincə sülh razılaşması Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsində dönüş nöqtəsi olacaq.
İran XİN rəsmisi qeyd edib ki, sülh razılaşmasının imzalanması məsələsinə gəldikdə, bu yeni məsələ deyil. İran bundan öncə də iki tərəfi sülh razılaşmasını imzalamağa təşviq edib. Bu gün və sabah İran və Ermənistan arasında yüksək səviyyədə məsləhətləşmələr aparılacaq.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.
Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsini paraflayıblar. Ermənistan" və Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalayıblar.
2025-ci ilin 8 avqustu Cənubi Qafqazın siyasi xəritəsinin arxiv tozundan ç�

Təəssüf ki, hər il yerləşdirmədən 2-3 saat əvvəl sistem yoxlanıldıqd

Bu gündən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçi

Prezident İlham Əliyev Ukraynaya humanitar yardım göstərilməsi məqsədil�

İsveçrə Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə olunan raz�

Bakı Metropoliteni avqustun 12-də "Qarabağ" Futbol Klubunun UEFA Ç

Yollarda təhlükə yaradan "Kamaz" sürücüsü inzibati qaydada həb

Yunanıstan Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmaları

Balıkesir vilayətinin Sındırgı rayonunda yerli vaxtla saat 08:21-də 3,6 ba

08.08.2025-ci il tarixində Bakı Metropoliteninin "20 Yanvar" stansiy

Dünya, bəlkə də, Ukraynada müharibə başlayandan bəri ən önəmli diplom

Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın p

Dövlət Sərhəd Xidmətinin Naxçıvanda yerləşən N saylı hərbi hissəsin

Balıkəsirin Sındırgı rayonunda dünən baş verən 6,1 bal gücündə zəlz

Bolqarıstan Ermənistan və Azərbaycan arasında imzalanmış əlamətdar sazi
