İnternet mühitində kütləvi istifadəçi məlumatları sızdırılıb XƏBƏRDARLIQ
Digərləri 21 İyn 2025 18:18:00 69 0
Müxtəlif mənbələrdən əldə olunan məlumatlar əsasında "infostealer" tipli zərərli proqramlar vasitəsilə oğurlanmış kütləvi unikal giriş məlumatlarının (e-poçt ünvanları və şifrələr) internet mühitinə sızdırıldığı müəyyən edilib.
Bu xəbəri də oxu: "Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət: "Ayaq vətərlərimi kəsib..."
Son.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb. Sözügedən məlumatlar "Telegram" kanalları, müxtəlif "hacker" forumları və "darknet" platformaları üzərindən yayımlanıb. Toplanmış məlumatlar bir neçə illik dövrü əhatə etməklə "Google", "Microsoft", "Facebook", "X", "TikTok", "Netflix" və digər populyar onlayn platformalara məxsus istifadəçi hesablarına aiddir. Bu kimi məlumat sızmaları əsasən, çoxmərhələli təsdiqləmə üsullarının tətbiq edilməməsi, istifadəçilərin eyni şifrəni bir neçə platformada təkrar istifadəsi və "infostealer" hücumlarının artması fonunda baş verir. Elektron Təhlükəsizlik Xidməti istifadəçilərə və sistem inzibatçılarına aşağıdakı tədbirləri görməyi tövsiyə edir: * Hesablarda ikimərhələli təsdiqləmə (2FA) funksiyasının aktivləşdirmək; * Əsas onlayn xidmətlərə giriş üçün istifadə olunan şifrələri yeniləmək; * Eyni və ya oxşar şifrələrin bir neçə platformada istifadəsindən çəkinmək; * Etibarlı şifrə menecerlərindən istifadə etmək; * İT infrastrukturlarında mümkün təhlükəsizlik insidentlərini aşkarlamaq məqsədilə SIEM və EDR sistemlərinin monitorinqini gücləndirilmək. İlqar Şabanov Son.az
Ülviyyə Zülfiqar Azərbaycan Kibertəhlükəsizlik Assosiasiyasının icraç�

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, tibb xidməti polk

Qax şəhərində yerləşən İsmayıl Dağıstanlı küçəsində fəaliyyət

ABŞ-nin Yuta ştatında yaşayan Vika və Valeriya adlı əkiz bacılar, eləc�

İyunun 23-də Masallı rayonunun 37 kəndində qaz təchizatı dayandırılacaq

Prezident İlham Əliyevin 2025-ci ili "Konstitusiya və Suverenlik İli&qu

18-21 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 6-cı "Yerl

Tanınmış pedaqoq, əməkdar müəllim Cahangir İbrahimov vəfat edib.

Məqsədli büdcə fondlarının ilin sonuna qalan istifadə olunmamış vəsait

Lüksemburqun Böyük Hersoqu Anri Prezident İlham Əliyevə təbrik məktubu �

Abşeron rayonunda qaçırıldığı iddia olunan 17 yaşlı Nəzrin Babayeva vi

Aparıcı Zaur Baxşəliyev şair Nazilə Səfərliyə söz atıb.

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respu

ABŞ Prezidenti Donald Tramp ölkəsinin İrana quru qoşunları ilə müdaxilə

"Real FM" radiosunda yayımlanan "Yoxsa" verilişinin budəf
