Dişlərinizi məhv edən gündəlik vərdişlər
Digərləri 24 Avq 2025 02:02:00 68 0
Zərərsiz görünən bəzi gündəlik vərdişlər əslində dişlərə ciddi ziyan vura bilər.
Bu xəbəri də oxu: 700 bal toplayanlar bu universiteti
Son.az xəbər verir ki, "HuffPost"un məlumatına görə, gündəlik həyatda aşağıdakı davranışlardan uzaq durmaq məsləhətdir:
Kifayət qədər su içməmək
Stomatoloq Catrise Austin izah edir ki, orqanizmin su ilə təmin olunması sağlamlıq üçün ən vacib vərdişlərdən biridir. Tüpürcək ağızda təbii qoruyucu mexanizmdir və bədənin kifayət qədər su ilə təmin olunması onun istehsalını artırır. Ağız quruluğu bakteriyaların inkişafı üçün ideal mühit yaradır ki, bu da karies, diş əti xəstəlikləri və pis ağız qoxusuna səbəb ola bilər.
Kofe və enerji içkiləri, fərqinə varmadan ağızda quruluğa səbəb ola bilər. Gün ərzində mütəmadi olaraq su içmək və spirtsiz ağız yaxalayıcı vasitələrdən istifadə etmək tövsiyə olunur.
Multidisciplinary Digital Publishing Institute (MDPI) jurnalında dərc olunan araşdırmaya görə, daha çox su içən insanların karies və diş əti xəstəliklərinə tutulma riski daha aşağı olur.
Qazlı içkilərin tez-tez qəbulu
Protodontist Jie Sun bildirir ki, qazlı içkilərdəki karbon turşusu turş mühit yaradır və tədricən diş minasını yumşaldır. Davamlı olaraq bu cür içkilərin qəbulu dişləri turşu hücumuna məruz qoyur, bu da zamanla minanı zəiflədir və həssaslıq, çürümə riskini artırır.
JADA Foundational Science tərəfindən aparılan tədqiqatda həm şəkərli, həm də şəkərsiz qazlı içkilərin mina aşınmasına səbəb olduğu göstərilib. Qazlı içkilərin gündəlik istifadəsini yalnız yemək vaxtı və gündə bir dəfə ilə məhdudlaşdırmaq tövsiyə olunur.
Təzə meyvə şirələri və alma sirkəsi içmək
Təbii və sağlam görünsələr də, meyvə şirələri və alma sirkəsi yüksək dərəcədə turşulu içkilərdir. Limon, laym, qreyfurt, nar kimi sitrus meyvələri diqqətlə istehlak edilməlidir. Onları içərkən dişlə təmasın azalması üçün borudan istifadə etmək və sonradan ağızı su ilə yaxalamaq tövsiyə olunur. Bu cür içkiləri yalnız həftədə bir neçə dəfə içmək daha məqsədəuyğundur.
Daimi qəlyanaltı etmək
Xüsusilə şəkərli və ya turşulu qidaların tez-tez qəbulu dişləri təkrar-təkrar turşu hücumuna məruz qoyur. Tüpürcəyin bu turşuları neytrallaşdırması üçün zamana ehtiyac var, lakin ardıcıl qəlyanaltılar bu prosesi pozur və mina özünü bərpa edə bilmir.
Dəridəki problemlər bir çox qadınları narahat edən məqamlardandır.

Avtobusdan 2650 manat tapan Tahir Orucov onu sahibinə qaytarıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və onunla əlaqəli olduğu iddia

"Mineral su meteorizmi azaltmağa, həzmi yaxşılaşdırmağa və köpü a

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya ərazi güzəşti ilə bağlı t�

Dermatoloq Aleksandra Fileva bildirib ki, ayaqda qəfil və əsassız birtərəf

Həddindən artıq duz istehlakı böyrək sağlamlığı üçün ciddi risk yar

Səbail rayonunun Badamdar qəsəbəsində bədbəxt hadisə baş verib.

Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.

Müasir smartfonlar həm bank kartını, həm kameranı, həm də kompüteri əv

Bakı Şəhər Dövlət Yol Polisinin son xəbərdarlığı sürücülər arası

Mərhum Əməkdar artist Aygün Bəylərin ailəsində qalmaqal yaşanıb.
