Parlamentdə deputatlar arasında dava düşdü FOTO
Digərləri 21 İyn 2025 12:58:00 80 0
"Qüdrət müəllim burada muxtariyyət məsələsini qaldırdı. Siz bu məsələni həmişə qaldırırsınız. Naxçıvanın muxtariyyəti müzakirə predmeti deyil".
Bu xəbəri də oxu: Alimlər əvvəllər məlum olmayan gen tapdı
Son.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsinin müzakirəsi zamanı parlament sədrinin müavini, deputat Ziyafət Əsgərov deyib.
"1992-ci ildə siz hakimiyyətdə olanda bu məsələni qaldırdınız. Nə baş verdi? Allah üzümüzə baxdı ki, Heydər Əliyev gəldi və Naxçıvanda Ali Məclisin sədri oldu. Olmasaydı nə olacaqdı? Naxçıvan MR-ə muxtariyyət statusunun verilməsi məhz Heydər Əliyevin ustalığı nəticəsində Naxçıvanın ərazisinin itirilməsinin qarşısı alındı. Təsəvvür edin, bir dənə Sədərək rayonu İran, Ermənistan və az qismi Türkiyə ilə həmsərhəddir. Biz bu muxtariyyəti ləğv edək və ataq kimlərin ağuşuna? Başa düşürəm, deputat dediyi sözə görə məsuliyyət daşımır, amma gəlin bir az məsuliyyətli olaq. Bir də bu söz çox təkrar olunur ki, Azərbaycan unitar dövlətdir və onun tərkibində muxtariyyət ola bilməz. Bu qətiyyən yalnış fikirdir", - deyə Ziyafət Əsgərov bildirib.
Deputat Qüdrət Həsənquliyev isə bildirib ki, doğrudan da deputat da, vitse-spiker də danışanda məsuliyyətli olmalıdır:
"Zamanında mən bu parlamentdə çıxış edib deyəndə ki, Naxçıvanda Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hakimiyyətlərin bölgüsü prinsipi öz həllini tapmayıb, Ziyafət müəllim çox uğurla bunun tam əksini sübut etməyə çalışırdı. Stenoqramlarda bu çıxışlar var. Zamanla burada mənim qaldırdığım çox məsələlər sonradan öz əksini tapıb. Ümid edirəm ki, Naxçıvanın muxtariyyəti ilə bağlı məsələ də nə vaxtsa öz həllini tapacaq. İkincisi isə, təklif vermək, təşəbbüslə çıxış etmək nə vaxtdan qəbahət hesab olunub? Mən dedim ki, ictimai müzakirələr açılsın, xalqımız bunu qəbul edəcəksə edəcək, etməyəcəksə də etməyəcək. Buna görə də doğrudan da məsuliyyətli olmaq lazımdır".
Ziyafət Əsgərov isə həmkarının fikri ilə razılaşmayıb: "Siz həmişə Naxçıvanın muxtariyyətinin ləğvini tələb etmisiz, mən isə hər zaman Naxçıvanın muxtariyyətini müdafiə etmişəm. Götürün stenoqramlara baxın". (unikal)
İyunun 22-də gözlənilən hava proqnozu açıqlanıb.

Prokurorluq orqanlarında çalışan şəxslərin pensiyaya çıxma yaşı 65-ə

Hindistanın Odişa ştatında balıqçı kişi nadir rast gəlinən çox sayda

Tayvanın elektronika istehsalçısı "Foxconn" Hindistanda "Appl

Azərbaycan və Şimali Makedoniya arasında diplomatik və xidməti/rəsmi pasp

Rusiya ilə Ukrayna arasındakı münaqişənin sona çatmasının yeganə yolu

Bakı Piano Festivalı 2025 Türkiyənin "Altera Ensemble" musiqi qrup

Türkiyənin Samsun və Bodrum bölgəsində, arada kiçik fasilə ilə 3.5 güc

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin Fələsti

Avropada yaşayan azərbaycanlı müğənni Sərxan Cəfərovun anası ilə müs

Sumqayıtda piyadaların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan s�

21 İyun - Ümumdünya Musiqi Günü münasibətilə DOST İnklüziv İnkişaf v

Miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi zamanı şəhad�

"Face Studio" gözəllik salonları və bir sıra biznes obyektlərin

ABŞ iqtisadiyyatı yeni bir mərhələyə qədəm qoyub - bu, paradoksal dayan�
