Xəbərlərin siyahısı

“Fazillə hər şey bitib” Rəqsanədən etiraf

2025-12-17 00:13:00

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovla ayrıldığını etiraf edib.

Günün qoroskopu: Maliyyə baxımından uğurlu gündür

2025-12-17 00:01:00

Son.az 17 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:

16 yaşlı oğlan bıçaqlandı həmyaşıdı şübhəli bilinir

2025-12-16 23:50:00

Sumqayıtda 16 yaşlı gənc bıçaqlanıb.

Dünyanın ən qısa kitabı: 6 sözdən ibarətdir

2025-12-16 23:44:00

Ədəbiyyat dünyası minlərlə əsər tanıyır, lakin onlardan biri xüsusi lakonikliyi ilə seçilir. Bu kitab cəmi altı sözdən ibarətdir. Bu əsər ədəbiyyatda minimalizmin simvoluna çevrilib. Müəllif sözün gücünün həcmlə ölçülmədiyini göstərib.

Bakıda ona yaxınlaşan uşaqlara bir topa pul verdi

2025-12-16 23:31:00

Bloger Hüseyn Həsənov sosial şəbəkədə yayımladığı video ilə diqqət çəkib. 

22 yaşlı Məleykə əməliyyatdan bir neçə gün sonra vəfat etdi

2025-12-16 23:19:00

Kürdəmir rayonunda cərrahi əməliyyat edilmiş 22 yaşlı qadın vəfat edib.

Gürcüstanın baş naziri: Azərbaycan bizim xüsusi dostumuzdur

2025-12-16 23:14:00

"Hamıya yaxşı məlumdur ki, Azərbaycan Gürcüstanın xüsusi dostudur".

Tolqa səssizliyi pozdu "Narkoloji test cavablarını gətir, inanım"

2025-12-16 22:54:00

Türkiyədə yaşayan model Günay Musayevanın keçmiş əri açıqlama verib. Son.az xəbər verir ki, bir müddət əvvəl azərbaycanlı model keçmiş əri Tolqa Kareldn şikayətlənmişdi. O, oğlu Cahangiri müalicə üçün İngiltərəyə aparmaq istədiyini amma, uşağın atasının bunun üçün icazə kağızını imzalamadığını söyləmişdi. Tolqa Karel isə İnstaqramda, hekayə bölməsində haqqında səslənən fikirlərin şər-böhtan olduğunu söyləyib. O, Günayın zərərli vərdişləri olduğuna eyham vurub. Lalə Qüdrətova Son.az  

Tehranda yaşayış binası çökdü: Dağıntılar altında qalanlar var

2025-12-16 22:30:00

İranın paytaxtı Tehranın Yaftabad bölgəsində üçmərtəbəli yaşayış binası çöküb.

Balakəndə qəzada yaralanan daha bir nəfər öldü

2025-12-16 22:18:00

Dünən Balakəndə baş verən qəzada yaralanan daha bir nəfər ölüb.

Azərbaycanlı müğənni Avropa çempionu oldu

2025-12-16 22:06:00

Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Pərviz Qasımov bodibildinq üzrə Avropa çempionatında növbəti uğurunu qazanıb.

Azərbaycanda sabiq məmur “ANS” adında şirkət açdı

2025-12-16 22:03:00

Azərbaycanın tikinti sektorunda yeni şirkət fəaliyyətə başlayıb. 

Xalq artisti Ağaverdi Paşayevin 75 illik yubileyi qeyd edilib FOTO

2025-12-16 22:01:00

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti,  Prezident təqaüdçüsü,  "Şöhrət" ordenli sənətkar,  Beynəlxalq "Qızıl Cəng" və "Humay" mükafatı laureatı, dirijor və pedaqoq Ağaverdi Paşayevin 75 illik yubileyi qeyd edilib. Tədbirdə dövlət rəsmiləri, incəsənət xadimləri iştirak ediblər. Yubiley gecəsində Milli Məclisin deputatı, Parlamentin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu çıxış edərək Ağaverdi Paşayevin pedaqoq və dirijor kimi mədəniyyətimizə verdiyi töhfələrdən söz açıb. Bildirib ki, 25 il müddətində Dövlət Xalq Çalğı Alətləri Orkestrinə rəhbərlik edən Ağaverdi Paşayev bir dirijor və sənətkar kimi uğurlara imza atmış, sənətdə öz sözünü deməyi bacarmışdır. Tar aləti üzrə təhsil alsa da həyat və fəaliyyətini dirijorluğa həsr edərək uzun illər ərzində çoxsaylı layiqli tələbələr yetişdirib. Bu tələbələrin hər biri hazırda Azərbaycanımızın müxtəlif bölgələrində musiqi kollektivlərinə rəhbərlik edirlər. Mədəniyyət nazirinin müavini Murad Hüseynov nazir Adil Kərimlinin adından yubilyarı təbrik edərək nazirliyin  "Fəxri  Diplomu" və kollektivin təbrik məktubunu təqdim edib. Tədbirdə millət vəkili, İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Fazil Mustafa, Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Elnarə Dadaşova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Sədaqət Əliyeva, Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə, Naxçıvan Dövlət Universitetinin prorektoru Nicat Yaqubov çıxış edərək təbrik məktublarını ünvanlayıblar. Millət vəkili, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, AMK nəzdində Musiqi Kollecinin təbrik məktubları oxunub.   Gecənin bədii hissəsində Ağaverdi Paşayevin tələbəsi , Əməkdar artist İlahə Hüseynovanın rəhbərliyi ilə  Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiətində  Xalq artistləri Mənsum İbrahimov, Teyyub Aslanov, Azər Zeynalov, Gülyaz və Gülyanaq Məmmədova, Samir Cəfərov, Gülnaz Abdullazadə, Əməkdar artistlər Almaz Orucova, Ramil Qasımov çıxış ediblər. Xalq artisti Ağaverdi Paşayev və Əməkdar artist Sahib Paşazadənin birlikdə çıxışları alqışlarla qarşılanıb. Yubiley gecəsi Ağaverdi Paşayevin dirijorluğu ilə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının Xoru (xormeyster- Əməkdar artist Naala Barateliya) və Ramil Qasımovun ifasında Müslüm Maqomayevin "Odlar yurdu" əsəri ilə başa çatıb. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az

“Musiqi terapiyası: Səsin toxunuşu” adlı konsert baş tutdu FOTO

2025-12-16 21:45:00

Kamera və Orqan Musiqisi Zalında abonement konsertləri çərçivəsində təqdim olunan "Musiqi terapiyası: Səsin toxunuşu" adlı konsert baş tutdu. Fərqli konsepsiyası və dərin məzmunu ilə seçilən bu tədbir klassik konsert çərçivəsindən kənara çıxaraq, səsin insan ruhuna toxunan incə təsirini ön plana çəkdi. Konsert boyunca sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Aynur İsgəndərova hər bir ifadan öncə çıxış edərək musiqi terapiyasının mahiyyəti, müxtəlif alətlərin insan psixologiyasına və emosional dünyasına təsiri barədə dinləyicilərlə dəyərli fikirlərini bölüşdü. 

Mais Bərxudarovun yeni görüntüsü –

2025-12-16 21:30:00

Azərbaycan müdafiə naziri yanında İnspektorlar Qrupunun üzvü, Vətən müharibəsinin komandanlarından biri, "Qarabağ" ordenli general-leytenant Mais Bərxudarov ABŞ-dən gəlmiş hərb sahəsi üzrə alimlərlə görüşüb.

"Buna görə ağlamaq dərəcəsindəyəm"

2025-12-16 21:14:00

Aktrisa Pərvin Abıyeva tıxaclardan şikayətlənib.

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

2025-12-16 21:00:00

Gecə yuxu zamanı qısa və ani oyanmalar həmişə yuxusuzluq əlaməti sayılmır.

Tovuzda toyunun qarşısı alınan 14 yaşlı qız danışdı

2025-12-16 20:50:00

Tovuz rayonunun Öysüzlü kəndində ərə verilən və müvafiq qurumlar tərəfindən mərasimin qarşısı alınan qız danışıb.

"Eurovision 2026"da iştirak edəcək ölkələrin adları açıqlandı

2025-12-16 20:42:00

2026-cı ildə keçiriləcək "Eurovision" mahnı müsabiqəsində ümumilikdə 35 ölkə iştirak edəcək.

Ermənistanda hərbi xidmətin müddəti azaldıldı

2025-12-16 20:30:00

Ermənistan Milli Məclisi məcburi hərbi xidmət müddətinin 6 ay azaldılmasına dair qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Ailəsi 14 yaşlı qızı təhsildən belə yayındırıbmış Rəsmi

2025-12-16 20:27:00

Tovuzda toy mərasiminin qarşısı alınan 2011-ci il təvəllüdlü, Tovuz rayonu sakini olan qız şagird Mahir Ələkbərov adına tam orta ümumtəhsil məktəbində təhsil aldığı dövrdə dərslərdən mütəmadi olaraq yayınıb.

Elektron siqaretdən istifadəyə görə cərimələrin tətbiqi normativhüquqi aktlarla tənzimlənəcək Soltan Məmmədov

2025-12-16 20:23:00

Bu gün ən geniş yayılan qeyri-infeksion xəstəliklərin əsas səbəblərindən biri məhz zərərli vərdişlərdir. Tütün istifadəsi, adi siqaret çəkmə ilə bağlı risklər artıq cəmiyyətin hər bir üzvünə məlumdur.

"Mənim və anasının üzünə gülməyən oğul övladının üzünə gülür"

2025-12-16 20:12:00

"Bəziləri yazır ki, 4 il nədir, camaat 10 il övlad yolu gözləyir. Mənim oğlum və gəlinim hər gün 5 dəfə namaz qılır, oruc tutur, bütün dini qanunlara əməl edirlər. Onların oturduğu məclisdə içki ola bilməz".

Əzələ ağrısının səbəbi belə tərkibli dərmanlar imiş

2025-12-16 20:00:00

Kolumbiya Universitetinin alimləri aşkar ediblər ki, xolesterini azaltmaq üçün geniş istifadə olunan statin dərmanları bəzi insanlarda əzələ ağrısına yol aça bilər.

Yeni il sehri Milli Auditoriyaya gəlir: “Şelkunçik” baleti səhnədə

2025-12-16 19:53:00

Yeni il ab-havası Meksikanın paytaxtında yerləşən Milli Auditoriyada yaşanacaq. 18-23 dekabr tarixlərində klassik balet sənətinin ən sevilən əsərlərindən biri olan "Şelkunçik" tamaşaçılara təqdim olunacaq. Bu balet artıq Mexiko şəhərində (CDMX) yeni il mövsümünün dəyişməz ənənəsinə çevrilib.

Silk Way West Airlinesa məxsus Boeing 7478F ilk dəfə Kolumbiyaya eniş edib

2025-12-16 19:48:00

Tarixdə ilk dəfə olaraq Silk Way West Airlines aviaşirkətinə məxsus Boeing 747-8F tipli yük təyyarəsi Kolumbiyaya eniş edib. Tarixi uçuş Kolumbiyanın paytaxtında yerləşən El Dorado Beynəlxalq Hava Limanında (BOG) həyata keçirilib.

Ərindən boşanmaq üçün 1,5 milyard təzminat istəyir

2025-12-16 19:30:00

Erzincan millət vəkili Mustafa Sarıgülün turizimçi oğlu Ömər Sarıgül və həyat yoldaşı, sosial şəbəkə fenomeni Revna Sarıgülün boşanma məsələsi günlərdir Türkiyə mediasını zəbt edib.

Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

2025-12-16 19:17:00

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 16-da davam etdirilib.

Dadlı "zəhərlər" Hər gün iştahla yeyilir: Xərçəngə "dəvətnamə"dir

2025-12-16 19:12:00

Xərçəng riskini artıran qidalar və vərdişlər açıqlanıb.

"Onları işdən çıxarmağımız Təhsil Nazirliyinin göstərişi idi"

2025-12-16 19:00:00

Xalq artisti Mənsum İbrahimov Azərbaycan Milli Konservatoriyasında bir çox müəllimin işdən çıxarılmasından danışıb.

Azərbaycanın tədiyə balansı: qlobal dalğalanmalar fonunda güclənən iqtisadi dayanıqlılıq

2025-12-16 18:52:00

Bu ilin ilk 9 ayı qlobal əmtəə, xidmət və maliyyə bazarlarında müşahidə olunan dəyişkənliyə baxmayaraq, Azərbaycanın tədiyə balansının möhkəmliyini bir daha nümayiş etdirdi. Bu dövrdə cari əməliyyatlar balansında (CƏB) 3.0 milyard dollarlıq profisit formalaşdı və bu göstəricinin ÜDM-ə nisbəti 5.4 faiz təşkil etdi. Beynəlxalq praktikada məqbul hesab olunan bu səviyyə ölkənin xarici mövqelərinin sağlam struktur üzərində qurulduğunu göstərir.

“Düşündüm ki, yəqin evlənmək istəmir” İradə İbrahimova

2025-12-16 18:47:00

Mağənni İradə İbrahimova həyat yoldaşının xəstəliyi olduğunu bildirib.

Qəlbi "pambıq" olan bürclər: Qarışqaya belə zərər verməzlər

2025-12-16 18:27:00

Astrologiyaya görə, bürclər insan xarakterinin formalaşmasında mühüm rol oynayır. Bəzi bürclər isə təbiətən daha mərhəmətli, şəfqətli və xoşməramlı olurlar. 

Kamran Əsədov işdən çıxarıldı

2025-12-16 18:16:00

Elm və Təhsil İșçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsinin sədri Kamran Əsədov vəzifəsindən uzaqlaşdırılıb.

Bakı 2026cı il Dünya İdman Paytaxtı elan olunub

2025-12-16 18:14:00

Dünya İdman Paytaxtı titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilib, bununla da Azərbaycan paytaxtı 2026-cı il üzrə Dünya İdman Paytaxtı elan olunub.

“İrəvanda xal qalmadı” adlı bədiisənədli kitab hazırlanır

2025-12-16 18:06:00

Azərbaycan Ədəbiyyatı Fondu "Qərbi Azərbaycan əsərlərdə" layihəsinin icrasını davam etdirir.

Ramil Qasımov əfsanəvi Polad Bülbüloğlunun “Azərbaycan” mahnısını yeni üslubda ifa edib – VİDEO

2025-12-16 18:05:00

Azərbaycanin məşhur tenoru, Əməkdar artist Ramil Qasimov "Azərbaycan" mahnisini yeni üslubda ifa edib.  Azərbaycanımıza həsr olunmuş mahnılar sırasında bəstəkarı və müğənnisi, Xalq artisti Polad Bülbüloğlunun bəstələdiyi, Məstan Günərin sözlərinə yazılmış "Azərbaycan" əsəri özünəməxsus ruhu, dərin məzmunu və milli nəfəsi ilə illər keçsə də daim sevilən və seçilən sənət nümunələrindən biridir. Maraqlıdır ki, bu ifanın ilk dinləyicisi görkəmli bəstəkar, Azərbaycan musiqisinin canlı əfsanəsi Polad Bülbüloğlu olub. Onun ifaya verdiyi müsbət rəy, xüsusilə əsərin final hissəsini yüksək qiymətləndirməsi Ramil Qasımov üçün böyük mənəvi dəyər daşıyır. Qeyd edək ki, mahnı Azərbaycan Televiziyasının Yeni il proqramı üçün lentə alınıb. Artıq bu gündən etibarən "Azərbaycan" əsərini bütün aparıcı musiqi platformalarında Ramil Qasımovun ifasında dinləmək mümkündür.

Məhkəmə Tülinlə bağlı qərar verdi

2025-12-16 18:02:00

Tanınmış kikboks üzrə məşqçi Tülin Ələkbərova və onun tələbəsi Abbas Rəhimlinin apellyasiya şikayəti üzrə məhkəməsi keçirilib.

2026cı ildə işsiz qala biləcək şəxslər açıqlandı

2025-12-16 18:00:00

İqtisadiyyatın rəqəmsallaşması və süni intellektin inkişafı biznes mühitini sürətlə dəyişir.

Tanınmış həkim orqanlarını bağışladı

2025-12-16 17:56:00

Tanınmış cərrah-transplantoloq, DTX-nin Hərbi Tibb Baş İdarəsinin Elmi Təcrübə Mərkəzinin rəisi Rəşad Şolan ölümündən sonra orqanlarını bağışlayacağını açıqlayıb.

Məişət zorakılığından zərər çəkən şəxslər bu rüsumlardan azad edilir

2025-12-16 17:50:00

Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir.

Bu dərman ABŞdə rəsmi olaraq kütləvi qırğın silahı kimi tanındı

2025-12-16 17:44:00

ABŞ Prezidenti Donald Tramp qanunsuz fentanil və onun əsas prekursor kimyəvi maddələrini kütləvi qırğın silahları (KQS) kimi tanıyan fərman imzalayıb.

Reabilitasiya mərkəzindəki ölümə görə 10 il 6 ay həbs aldı

2025-12-16 17:38:00

Ötən ilin dekabrında Abşeron rayonu Fatmayı kəndində yerləşən "Həyat üçün şans" reabilitasiya mərkəzində baş vermiş ölüm hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

"Matrix"in aktyoru vəfat etdi FOTO

2025-12-16 17:33:00

"Matrix" filmində rol alan aktyor Martin Qrelis vəfat edib.

Mingəçevirdə tar və fortepiano ixtisasları üzrə ustad dərsləri təşkil olunub

2025-12-16 17:20:00

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı Mingəçevir şəhərində ustad dərsləri keçirilib.

Açıqsaçıq səhnələrindən danışdı "Rejissor nə deyirsə, onu da edirik" FOTO

2025-12-16 17:17:00

Türkiyəli aktrisa Aslı Bekiroğlu açıq-saçıq səhnələrə görə tənqid hədəfi olub.

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

2025-12-16 17:13:00

AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Samir Rzayev Slovakiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Elçin Qasımovla görüşüb. Görüş zamanı Azərbaycan ilə Slovakiya arasında aviasiya əlaqələrinin inkişaf perspektivləri və mülki aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Filarmoniyasının səhnəsində Özbəkistan Respublikasının Mədəniyyət Günləri çərçivəsində konsert keçiriləcək

2025-12-16 17:01:00

16 Dekabr saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Özbəkistan Respublikasının Mədəniyyət Günləri çərçivəsində konsert keçiriləcək. Maraqlı konsepsiyaya malik bu konsert Özbəkistanın Dövlət Simfonik Orkestrinin müşayiəti, bədii rəhbər və baş dirijor Kamoliddin Urinbayevin rəhbərliyi ilə baş tutacaq.Musiqili gecədə solist qonaqlar - Azərbaycan Reslublikasının Xalq artisti Yeganə Axundova (piano) və Azərbaycan Respublikasının Əməkdar artisti Sahib Paşazadə dinləyicilər qarşısında çıxış edəcəklər. 

"Keçmiş ərim üçün elçi gedəcəyəm"

2025-12-16 17:00:00

Müğənni Ümman Zali keçmiş həyat yoldaşı Rəhman Əliyev haqqında diqqətçəkən açıqlama ilə gündəmə gəlib.

Kəlbəcər ağ örpəyə büründü

2025-12-16 16:59:00

Azərbaycanın bəzi rayonlarında arabir yağıntı olub, dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb.