Xəbərlərin siyahısı
2025-12-15 22:51:00
Əməkdar artist Nüşabə Ələsgərli var-dövlətini açıqlayıb.
2025-12-15 22:42:00
Bu ilin ilk on ayı ərzində Azərbaycana 362 milyon 760 min manatlıq mebel idxal olunub. 2024-cü ilin 12 ayı ərzində bu rəqəm 279,4 milyon manat olub.
2025-12-15 22:30:00
Qadınlarda saç tökülməsi kişilərlə müqayisədə daha nadir hallarda müşahidə olunur və halların 15 faizindən çoxunu təşkil etmir. Buna baxmayaraq, alopesiyanın əsas səbəbləri kişilərdə olduğu kimi oxşardır. Bu barədə Maarifləndirmə Dövlət Universitetinin tibb fakültəsinin terapiya kafedrasının professoru Stanislav İonov Lenta.ru ilə söhbətində bildirib.
2025-12-15 22:26:00
Aktyor Müşviq Şahverdiyev 3 ildir övladını görə bilmir.
2025-12-15 22:15:00
Hər ilin sonuna yaxın cəmiyyətdə eyni maraq yenidən canlanır: qarşıdakı il bizi nə gözləyir? Siyasi proseslər, təbii fəlakətlər, regional və qlobal münasibətlər, eləcə də ölkədaxili hadisələrlə bağlı müxtəlif proqnozlar səsləndirilir. Bu proqnozları bəzən ekspertlər, bəzən isə qeyri-ənənəvi baxış bucağı ilə çıxış edən şəxslər irəli sürürlər.
2025-12-15 22:01:00
Ağdamda minaya düşərək həlak olan Gizir Xanıya şəhidlik statusu verilib.
2025-12-15 22:00:00
Bəzi yeməklər var ki, onları qızdırmaq üçün yenidən tavaya tökdükdə ya yanır, ya da dadı dəyişir.
2025-12-15 21:48:00
Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubov vəzifəsindən azad edilib.
2025-12-15 21:34:00
Müğənni Nadir Qafarzadə efirdə duyğusal anlar yaşayıb.
2025-12-15 21:12:00
Balakən rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (kişi) Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
2025-12-15 21:00:00
Sobada və ya yüksək temperaturda bişirilən sütlac düzgün hazırlanmadıqda sağlamlıq üçün risk yarada bilər.
2025-12-15 20:30:00
Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin həkimi Debora Li yuxu üçün ən faydalı pozaları açıqlayıb.
2025-12-15 20:18:00
BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisi (The United Nations Office for South-South Cooperation (UNOSSC)) 2025-ci ilin aprelində Bakıda 116 ölkədən QHT-lər tərəfindən təsis edilmiş Qlobal Cənub QHT Platforması (Global South NGO Platform (GSNP)) barədə məlumatları yeni əməkdaşlıq modelinə nümunə kimi rəsmi saytında yerləşdirib. UNOSSC tərəfindən GSNP son illərin ən inklüziv vətəndaş cəmiyyəti səfərbərliklərindən biri kimi qiymətləndirilib. BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin Azərbaycan QHT-lərinin qlobal təşəbbüsünü dəyərləndirərək öz profili üzərindən yayması ilk dəfədir baş verir. Qeyd edək ki, dünya əhalisinin 80%-nin yaşadığı - Latın Amerikası, Afrika, Asiya, Okeaniya və Avstraliyanı əhatə edən Qlobal Cənubun çox zaman beynəlxalq qərarların qəbulunda kənarda qalması, həlledici anlarda öz taleyinin sahibi ola bilməməsi narahatlıq doğurur. Mövcud dezinteqrasiya prosesləri fonunda qarşılıqlı etimad, fayda, bərabərlik, məsləhətləşmə, mədəni müxtəlifliyə hörmət prinsipləri ilə əməkdaşlıq formatlarının yaradılması heç vaxt olmayan qədər aktuallıq qazanıb. Yeni dünya düzəninin formalaşdığı, ayırıcı xətlərin təzədən çəkildiyi bir dövrdə yaranmış Qlobal Cənub QHT Platforması qlobal təklənməyə qarşı birləşmək zərurətinin aydın təzahürü kimi olduqca əhəmiyyətlidir. Qoşulmama Hərəkatı regionunda QHT-ləri birləşdirən vahid şəbəkə indiyədək mövcud olmayıb. İlk dəfə ki, Azərbaycan vətəndaş cəmiyyətinin irəli sürdüyü təşəbbüs dünya ölkələrinin 3/2 hissəsini əhatə edən nəhəng regiondan beynəlxalq dəstək qazanıb və 116 ölkədən QHT-lər bu ideya naminə Bakıya toplaşaraq birgə platforma təsis edib. Qoşulmama Hərəkatında təmsil olunan 120 ölkədən 116-sının vətəndaş cəmiyyəti nümayəndələrinin bu tərkibdə yer alması nəinki Azərbaycan, Qlobal Cənub miqyasında rast gəlinməyən məxsusi hadisədir. Qoşulmama Hərəkatının gənclər və parlament şəbəkələri olsa da, QHT şəbəkəsi yox idi. Qlobal Cənub QHT Platforması Qoşulmama Hərəkatının QHT şəbəkəsi olmağa layiqdir. Bu platformanın yaradılış ruhu 70 il əvvəl İndoneziyada qəbul edilmiş tarixi "Bandunq prinsipləri"nə tam uyğundur. Bu prinsiplər dövlətlərin daxili işlərinə qarışmanı rədd edir, dinc, ədalətli dünya nizamının yaradılmasını, ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət bəslənilməsini, xalqların bərabərliyinin təmin olunmasını təşviq edir, qarşılıqlı maraq və əməkdaşlığın, iqtisadi rifahın gücləndirilməsi üçün səfərbərliyə çağırır. Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əməl edən, xalqların siyasi sistemlərinə, mədəni, etnik, dini fərqliliklərinə hörmət edən, dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqu daim güclü təşviq edən ölkədir.
2025-12-15 20:12:00
4 həftə boyunca ancaq ət yeyən əsirlər ağrıya dözməyərək ölüblər.
2025-12-15 19:58:00
Dünyaca məşhur müğənni Teylor Svift "The Eras Tour" çərçivəsində onunla çalışan bütün komandaya ümumilikdə 197 milyon dollar məbləğində bonus verib. Bu barədə sənətçinin turneyə həsr olunmuş "The End of an Era" adlı sənədli serialında maraqlı detallar yer alıb.
2025-12-15 19:36:00
Bu gün saat 18:00 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində təxminən 3-4 yaşlarında uşaq tapılıb.
2025-12-15 19:30:00
Hollivud ulduzu Tom Kruzun və rejissor Doq Limanın birgə üzərində çalışdığı, kosmosda çəkilməsi planlaşdırılan unikal film layihəsi dayandırılıb.
2025-12-15 19:22:00
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.
2025-12-15 19:09:00
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Biləsuvarda törədilmiş qətllə bağlı məlumat yayıb.
2025-12-15 19:02:00
Bu gün saat 17 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində "VAZ-2106" və "VAZ-21015" markalı avtomobillər toqquşub.
2025-12-15 19:00:00
Bəzi vitamin və qida əlavələri dərmanlarla birləşdirilməməlidir.
2025-12-15 18:51:00
Sumqayıt şəhərində 19 yaşlı qız dəm qazından boğularaq ölüb.
2025-12-15 18:46:00
Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib.
2025-12-15 18:39:00
Noyabrın 21-də yanğın baş vermiş Yasamal rayonu Mirəli Seyidov 19A ünvanında yerləşən binaya suyun verilişi bərpa edilib.
2025-12-15 18:30:00
Şair Nazilə xına mərasimləri ilə bağlı açıqlaması ilə gündəmə gəlib.
2025-12-15 18:19:00
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Avropa İttifaqının "Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi" (RASFF) vasitəsilə Polşa Respublikasından daxil olan məlumata əsasən, Çin Xalq Respublikasında fəaliyyət göstərən "Market Union Co. Ltd" şirkəti tərəfindən istehsal edilən şüşə fincanlarda kadmium və qurğuşun ağır metallarının miqrasiyası aşkarlanıb.
2025-12-15 18:00:00
Zaur Kamalın aparıcılıq etdiyi verilişdə maraqlı anlar yaşanıb.
2025-12-15 17:52:00
Biləsuvar rayon sakininin qəsdən öldürülməsi müəyyən olunub.
2025-12-15 17:51:00
Bursanın "Ömer Osman Çağlayan" adlı orta məktəbində baş verən hadisə müzakirələrə səbəb olub.
2025-12-15 17:46:00
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında dünya şöhrətli sənətkar, Xalq Artisti Rəşid Behbudovun 110 illik yubileyinə həsr olunmuş qala gecə keçirilib.
2025-12-15 17:41:00
Xəbər verildiyi kimi Biləsuvar rayonunun İsmətli kəndində qətl hadisəsi törədilib. 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın əvvəlcə beyindaxili təzyiqdən öldüyü bildirilsə də, aparılan araşdırmalar nəticəsində onun gəlini tərəfindən boğularaq qətlə yetirildiyi müəyyən edilib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı qətldə şübhəli bilinən gəlin Gülbəniz Həsənzadə və onun qardaşı Qasım Həsənov saxlanılıblar. Ahıl qadın tənha yaşadığı üçün evə təhlükəsizlik kameraları quraşdırılıb. Hadisədən təxminən 40 gün sonra ailə üzvləri kamera görüntülərinə baxarkən Almaz Cəfərovanın qətlə yetirildiyini aşkar ediblər.
2025-12-15 17:29:00
"Azercell" bəzi kredit əsaslı xidmətləri üzrə yeni xidmət haqlarını müəyyənləşdirib.
2025-12-15 17:25:00
Nizami rayonunun Şirin Mirzəyev küçəsində yerləşən köhnə yaşayış binası bir neçə il əvvəl sökülərək sakinlərə yeni tikiləcək binadan mənzil veriləcəyi vəd edilib. Ancaq bu günə qədər nə tikinti tamamlanıb, nə də sakinlərə söz verilən evlər təqdim olunub.
2025-12-15 17:17:00
Nobel laureatı Nərgiz Məhəmmədiyə qarşı iki yeni ittiham irəli sürülüb.
2025-12-15 17:11:00
Azərbaycan Yazıçılar Birliyinin və Ağstafa Rayon Ağsaqqallar Şurasının üzvü, şair Qurban Həmidoğlu 78 yaşında vəfat edib.
2025-12-15 17:10:00
Sosial şəbəkələrdə yeni doğulan körpə ilə bağlı yayılan görüntülər geniş marağa səbəb olub.
2025-12-15 17:08:00
Dekabrın 15-də Parisdə UNESCO-nun mənzil qərargahında UNESCO-nun yubileylər proqramına daxil edilmiş Memar Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyi münasibətilə təşkil olunmuş sərginin açılış mərasimi keçirilib.
2025-12-15 17:05:00
Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 202A ünvanında yerləşən, fiziki şəxs Ağayev Fərid Qabil oğluna məxsus "Express Lounge" ictimai iaşə obyektində yoxlama keçirilib.
2025-12-15 17:00:00
Xalq artisti Naibə Allahverdiyeva müğənnilyə başlayacaq.
2025-12-15 16:52:00
Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən Karen Avanesyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
2025-12-15 16:45:00
Asena Keskincinin çəkildiyi serialla bağlı RTÜK araşdırma başlayıb.
2025-12-15 16:29:00
Xəbər verdiyimiz kimi, Binəqədi rayonu Biləcəri qəsəbəsi Tomris məhəlləsində yerləşən fərdi yaşayış evinin bünövrəsi çöküb.
2025-12-15 16:26:00
Bakı şəhərinin Biləcəri qəsəbəsində bir çox fərdi yaşayış evlərinin bünövrəsinin çökməsi sakinlər arasında təşviş yaradıb.
2025-12-15 16:22:00
İstanbulda güclü zəlzələ riski barədə xəbərdarlıq edilib.
2025-12-15 16:15:00
Müğənni Aysun İsmayılova keçmiş həyat yoldaşı vəkil Ramil Vəliyevin yeni xanımı ilə fotosu sosial şəbəkədə yayılıb.
2025-12-15 15:57:12
Sumqayıtda bəzi məktəblərdə geyim qaydaları ilə bağlı narazılıq yaranıb.
2025-12-15 15:50:00
Laçın-Kəlbəcər yolunun Hacısamlı kəndindən keçən hissəsində istifadəyə verilməmiş tuneldə ağır qəza törədən şirkət əməkdaşı həbs edilib.
