Azərbaycanın tədiyə balansı: qlobal dalğalanmalar fonunda güclənən iqtisadi dayanıqlılıq


Digərləri 16 Dek 2025 18:52:00 114 0

Azərbaycanın tədiyə balansı: qlobal dalğalanmalar fonunda güclənən iqtisadi dayanıqlılıq

Bu ilin ilk 9 ayı qlobal əmtəə, xidmət və maliyyə bazarlarında müşahidə olunan dəyişkənliyə baxmayaraq, Azərbaycanın tədiyə balansının möhkəmliyini bir daha nümayiş etdirdi. Bu dövrdə cari əməliyyatlar balansında (CƏB) 3.0 milyard dollarlıq profisit formalaşdı və bu göstəricinin ÜDM-ə nisbəti 5.4 faiz təşkil etdi. Beynəlxalq praktikada məqbul hesab olunan bu səviyyə ölkənin xarici mövqelərinin sağlam struktur üzərində qurulduğunu göstərir.

Enerji sektorunun tədiyə balansında aparıcı rolu davam edib. Xam neftin orta qiymətinin 70.1 dollar/barel səviyyəsində formalaşması neft-qaz ixracından daxilolmaların sabit qalmasına imkan verib. Nəticədə neft-qaz sektoru üzrə cari əməliyyatlar balansında 10.7 milyard dollarlıq profisit qeydə alınıb. Bu məbləğ qeyri-neft-qaz sektoru üzrə formalaşan 7.7 milyard dollarlıq kəsiri tam kompensasiya etməklə ümumi balansın müsbət qalmasına əsas töhfə verib. Paralel olaraq, qeyri-neft-qaz ixracının 6.1 faiz artaraq 2.5 milyard dollara çatması iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan siyasətin real nəticələrini ortaya qoyur.

Son.az Trend-ə istinadən xəbər verir ki,  xarici ticarət göstəriciləri də müsbət dinamikanı təsdiqləyir. Hesabat dövründə xarici ticarət dövriyyəsi 30.8 milyard dollar təşkil edib və bunun nəticəsində ticarət balansında 5.6 milyard dollarlıq profisit yaranıb. Azərbaycan bu müddət ərzində dünyanın 179 ölkəsi ilə ticarət əlaqələri quraraq ixrac bazarlarının coğrafiyasını genişləndirib. Xarici ticarətdə MDB ölkələrinin payı 12.1 faiz, digər ölkələrin payı isə 87.9 faiz olub ki, bu da ölkənin qlobal bazarlara inteqrasiyasının yüksək səviyyədə olduğunu göstərir.

Əmtəə ixracı ümumilikdə 18.2 milyard dollar təşkil etsə də, əsas diqqət çəkən məqam ixrac strukturunun keyfiyyətidir. Neft-qaz məhsullarının ixracı 15.7 milyard dollar olmaqla əsas payı qoruyub saxlayıb, bunun 9.6 milyard dolları xam neftin, 5.6 milyard dolları təbii qazın, 0.5 milyard dolları isə neft emalı məhsullarının payına düşüb. Eyni zamanda qeyri-neft-qaz ixracının artımı ixrac portfelinin tədricən daha balanslı hala gəldiyini göstərir. İdxal həcminin 12.6 milyard dollara çatması daxili tələbin və iqtisadi fəallığın davam etdiyini nümayiş etdirir.

Xidmətlər sektorunda xüsusilə nəqliyyat sahəsi ön plana çıxıb. Qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi nəticəsində ixrac 2.6 milyard dollar, idxal isə 1.4 milyard dollar təşkil edib. Bu fərq nəqliyyat xidmətləri üzrə profisitin 1.3 milyard dollara çatmasına və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 50.2 faiz artmasına səbəb olub. Turizm xidmətləri üzrə dövriyyə 2.7 milyard dollar olmaqla, ixracın 1.5 milyard dollar, idxalın isə 1.2 milyard dollar səviyyəsində formalaşması nəticəsində 300 milyon dollarlıq müsbət saldo yaranıb.

İnvestisiya və maliyyə axınları üzrə göstəricilər də ümumi müsbət mənzərəni tamamlayır. Hesabat dövründə ölkənin xalis maliyyə aktivləri 4.5 milyard dollar artıb. Bu artımın 1.0 milyard dolları xaricə yönəldilmiş birbaşa investisiyalar, 1.3 milyard dolları portfel investisiyaları, 2.2 milyard dolları isə digər investisiyalar hesabına formalaşıb. Qeyri-neft-qaz sektoruna cəlb olunan birbaşa xarici investisiyaların həcminin 1.0 milyard dollara yaxınlaşması bu sahəyə olan etimadın yüksəldiyini göstərir.

Bütün bu göstəricilər fonunda strateji valyuta ehtiyatlarının 2025-ci ilin 9 ayının sonuna 10.5 milyard dollar artaraq 81.5 milyard dollara çatması Azərbaycanın iqtisadi təhlükəsizliyi üçün əsas dayaq rolunu oynayır. Ehtiyat aktivlərinin reallaşmış hissəsində 1.1 milyard dollarlıq azalma müşahidə edilsə də, ümumi ehtiyatların artımı ölkənin maliyyə manevr imkanlarının daha da genişləndiyini göstərir.

Ümumilikdə, 2025-ci ilin ilk 9 ayı üzrə tədiyə balansı göstəriciləri Azərbaycanın qlobal iqtisadi dəyişikliklərə uyğunlaşma qabiliyyətini, makroiqtisadi sabitliyini və xarici mövqelərinin möhkəmliyini aydın şəkildə nümayiş etdirir. Müsbət saldo, artan valyuta ehtiyatları, genişlənən ixrac coğrafiyası və güclənən xidmətlər sektoru ölkənin qarşıdakı dövrdə də dayanıqlı inkişaf trayektoriyasını davam etdirəcəyinə dair əsaslı nikbinlik yaradır. Son.az

“Düşündüm ki, yəqin evlənmək istəmir”  İradə İbrahimova like
  • 16 Dek 18:47  
Şou-biznes “Düşündüm ki, yəqin evlənmək istəmir” İradə İbrahimova

Mağənni İradə İbrahimova həyat yoldaşının xəstəliyi olduğunu bildiri

arrow Ətraflı
Qəlbi "pambıq" olan bürclər: Qarışqaya belə zərər verməzlər like
  • 16 Dek 18:27  
Digərləri Qəlbi "pambıq" olan bürclər: Qarışqaya belə zərər verməzlər

Astrologiyaya görə, bürclər insan xarakterinin formalaşmasında mühüm rol

arrow Ətraflı
Kamran Əsədov işdən çıxarıldı like
  • 16 Dek 18:16  
Digərləri Kamran Əsədov işdən çıxarıldı

Elm və Təhsil İșçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsinin

arrow Ətraflı
Bakı 2026cı il Dünya İdman Paytaxtı elan olunub like
  • 16 Dek 18:14  
Digərləri Bakı 2026cı il Dünya İdman Paytaxtı elan olunub

Dünya İdman Paytaxtı titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilib,

arrow Ətraflı
“İrəvanda xal qalmadı” adlı bədiisənədli kitab hazırlanır like
  • 16 Dek 18:06  
Kriminal “İrəvanda xal qalmadı” adlı bədiisənədli kitab hazırlanır

Azərbaycan Ədəbiyyatı Fondu "Qərbi Azərbaycan əsərlərdə" lay

arrow Ətraflı
Məhkəmə Tülinlə bağlı qərar verdi like
  • 16 Dek 18:02  
Digərləri Məhkəmə Tülinlə bağlı qərar verdi

Tanınmış kikboks üzrə məşqçi Tülin Ələkbərova və onun tələbəsi A

arrow Ətraflı
2026cı ildə işsiz qala biləcək şəxslər açıqlandı like
  • 16 Dek 18:00  
Digərləri 2026cı ildə işsiz qala biləcək şəxslər açıqlandı

İqtisadiyyatın rəqəmsallaşması və süni intellektin inkişafı biznes mü

arrow Ətraflı
Tanınmış həkim orqanlarını bağışladı like
  • 16 Dek 17:56  
Digərləri Tanınmış həkim orqanlarını bağışladı

Tanınmış cərrah-transplantoloq, DTX-nin Hərbi Tibb Baş İdarəsinin Elmi T

arrow Ətraflı
Məişət zorakılığından zərər çəkən şəxslər bu rüsumlardan azad edilir like
  • 16 Dek 17:50  
Digərləri Məişət zorakılığından zərər çəkən şəxslər bu rüsumlardan azad edilir

Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməs

arrow Ətraflı
Bu dərman ABŞdə rəsmi olaraq kütləvi qırğın silahı kimi tanındı like
  • 16 Dek 17:44  
Dünya Bu dərman ABŞdə rəsmi olaraq kütləvi qırğın silahı kimi tanındı

ABŞ Prezidenti Donald Tramp qanunsuz fentanil və onun əsas prekursor kimyəvi

arrow Ətraflı
Reabilitasiya mərkəzindəki ölümə görə  10 il 6 ay həbs aldı like
  • 16 Dek 17:38  
Kriminal Reabilitasiya mərkəzindəki ölümə görə 10 il 6 ay həbs aldı

Ötən ilin dekabrında Abşeron rayonu Fatmayı kəndində yerləşən "H�

arrow Ətraflı
"Matrix"in aktyoru vəfat etdi  FOTO like
  • 16 Dek 17:33  
Digərləri "Matrix"in aktyoru vəfat etdi FOTO

"Matrix" filmində rol alan aktyor Martin Qrelis vəfat edib.

arrow Ətraflı
Mingəçevirdə tar və fortepiano ixtisasları üzrə ustad dərsləri təşkil olunub like
  • 16 Dek 17:20  
Kriminal Mingəçevirdə tar və fortepiano ixtisasları üzrə ustad dərsləri təşkil olunub

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartır

arrow Ətraflı
Açıqsaçıq səhnələrindən danışdı  "Rejissor nə deyirsə, onu da edirik"  FOTO like
  • 16 Dek 17:17  
Şou-biznes Açıqsaçıq səhnələrindən danışdı "Rejissor nə deyirsə, onu da edirik" FOTO

Türkiyəli aktrisa Aslı Bekiroğlu açıq-saçıq səhnələrə görə tənqi

arrow Ətraflı