Zəngilanda yanğın törədən şəxs saxlanıldı
Digərləri 11 Ağu 2025 09:07:00 75 0
Avqustun 10-da Zəngilan ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Bu haberi de oku: Balıkesirdə daha bir zəlzələ oldu
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Son.az-a bildirilib ki, araşdırmalarla yanğının 1985-ci il təvəllüdlü Vüsal Əlpənahov tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub.
Hadisə nəticəsində 5 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb.
Əməli törədən V.Əlpənahov saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.
Faktla bağlı Rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir.
Kaynak: milli.az