Radioaktiv suların dənizə sızdığı məlum oldu


Dünya 09 Ağu 2025 21:15:00 59 0

Radioaktiv suların dənizə sızdığı məlum oldu

Böyük Britaniyada nüvə silahlarının saxlandığı hərbi bazadan köhnə boruların dəfələrlə partlaması nəticəsində radioaktiv su dənizə sızıb.

Son.az APA-ya istinadən bildirir ki, bununla bağlı "The Guardian" mənbələrə istinadən məlumat yayıb.

"Tənzimləyici müəyyən edib ki, radioaktiv material Şotlandiyanın qərbindəki Qlazqo yaxınlığındakı Loç Long ərazisinə sızıb. Çünki Kral Hərbi Dəniz Qüvvələri bazada 1500 su borusu şəbəkəsini lazımi səviyyədə saxlaya bilməyib", - məlumatda deyilir.

Söhbət Şotlandiyanın Kulport qəsəbəsi yaxınlığında yerləşən hərbi bazadan gedir.

Yaxınlıqda yerləşən dörd Trident sualtı qayığı üçün nəzərdə tutulmuş nüvə başlıqları orada saxlanılır.

"The Guardian" Şotlandiyanın Ətraf Mühitin Mühafizəsi Agentliyinin (Sepa) sənədlərinə istinadən hərbi bazanın borularının dəfələrlə partladığını yazıb.


Habere ait fotoğraf