TrampPutin görüşünün tarixi və məkanı bəlli oldu


Dünya 09 Ağu 2025 02:30:00 123 0

TrampPutin görüşünün tarixi və məkanı bəlli oldu

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşün avqustun 15-də Alyaskada keçiriləcəyini açıqlayıb.

Son.az xəbər verir ki, Tramp görüşün gündəliyində beynəlxalq təhlükəsizlik, enerji əməkdaşlığı və ticarət məsələlərinin yer aldığını bildirib.

Onun sözlərinə görə Alyaska həm coğrafi mövqeyinə, həm də neytral məkan kimi tarixi əhəmiyyətinə görə görüş üçün seçilib. Prezident qeyd edib ki, qarşıdakı danışıqlar iki ölkə arasında münasibətlərin gələcək istiqamətinin müəyyən olunmasında mühüm rol oynayacaq.