Temperatur aşağı düşəcək Bu tarixdən
Digərləri 07 Ağu 2025 15:26:00 109 0
Sabahdan Bakıda və Abşeron yarımadasında hava temperaturunun aşağı düşəcəyi gözlənilir.
Son.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda əks olunub.
Bildirilib ki, Bakıda və Abşeronda havanın temperaturu gecə 24-28 isti, gündüz 34-38 dərəcə isti olacaq.
Hava proqnozu ilə bağlı ümumi məlumatlarda isə şənbə və bazar günləri hava temperaturunun daha 2 dərəcə aşağı düşəcəyi ehtimal edilir. Gələn həftənin cümə gününə qədər isə ümumilikdə bugünlə müqayisədə 6 dərəcə temperatur fərqi olacağı və havanın 29-34 dərəcə istiyə qədər sərinləşəcəyigözlənilir.
Kaynak: milli.az