Ağ Evdən təcili tapşırıq Tramp Putin və Zelenski ilə görüş istəyir
Dünya 07 Ağu 2025 09:50:00 117 0
ABŞ Prezidenti Donald Tramp komandasına Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşlərin ən qısa müddətdə təşkil olunması üçün göstəriş verib.
Bu haberi de oku: İspaniyada təyyarə qəzası: Ölənlər var
Son.az xəbər verir ki, CNN-in Ağ Evdəki iki mənbəyə istinadla verdiyi məlumata görə, görüşlərin təşkilinin mürəkkəbliyinə baxmayaraq, Tramp prosesi sürətləndirməyi tələb edib. Prezidentin köməkçiləri artıq mümkün görüşlərin planlaşdırılmasına başlayıblar.
Görüşün keçiriləcəyi məkan hələ dəqiqləşməyib, lakin bir neçə variant nəzərdən keçirilir. Tarixlə bağlı da yekun qərar yoxdur, lakin danışıqların yaxın bir-iki həftə ərzində baş tutması mümkündür.
Kaynak: milli.az