Məşhur iş adamı itkin düşdü – Yaxtası ikiyə bölünmüş vəziyyətdə tapıldı
Digərləri 06 Ağu 2025 13:10:00 76 0
"Mazu Yachts" şirkətinin sahibi, tanınmış türk iş adamı Halit Yukay dənizdə itkin düşüb.
Bu haberi de oku: Azərbaycanın daha bir rayonunda ehsan ləğv edildi
Son.az xəbər verir ki, onun yalovadan Yunanıstanın Mikonos adasına səyahət etdiyi yaxta Balıkəsirin Mərmərə adası sahillərində ikiyə bölünmüş vəziyyətdə aşkarlanıb.
Məlumata görə, Halit Yukay 4 avqust səhəri özünə məxsus lüks yaxta ilə Yalovadan yola düşüb. Lakin gün ərzində ondan heç bir xəbər alınmayıb. Narahat olan yaxınları dərhal səlahiyyətli orqanlara məlumat verib. Nəticədə Sahil Mühafizə Komandanlığı tərəfindən koordinasiya edilən axtarış-xilasetmə əməliyyatı başlayıb.