Zakir Həsənovun müşavirinə ordu generalı rütbəsi verildi
Dünya 05 Ağu 2025 17:23:00 61 0
Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun Komandanı, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri Bəxtiyar Ərsaya ordu generalı hərbi rütbəsi verilib.
Bu haberi de oku: Canlı yayımda itkin düşən qızın meyitini TAPDI
Müvafiq sərəncam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.
Qeyd edək ki, Bəxtiyar Ərsay bir müddət Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi vəzifəsində çalışıb. 2021-ci ildən Azərbaycanda Xidmət Qrupu Komandanlığında xidmətə başlayıb.
Kaynak: milli.az