Qazaxıstanda hərbi helikopter itkin düşdü 11 gündür tapılmır
Dünya 05 Ağu 2025 10:30:00 74 0
Qazaxıstanda itkin düşən helikopterin ekipajının axtarışı üzrə axtarış-xilasetmə işlərinə 330-dan çox şəxsi heyət, 59 texnika, 23 üzən vasitə, 12 pilotsuz uçuş aparatı, eləcə də exolot, georadarlar, aviasiya və kinoloji bölmələr cəlb olunub.
Bu haberi de oku: Bu ölkədə temperatur yüksək dərəcəyə çatdı
Son.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, artıq 11 gündür davam edən axtarışlarda Müdafiə Nazirliyinin mütəxəssisləri ilə yanaşı, Fövqəladə Hallar, Daxili İşlər nazirliklərinin və digər dövlət qurumlarının əməkdaşları da iştirak edir.
Çətin şəraitə - dibin dərin lillənməsinə, su altında sıfıra bərabər görüntü və dəyişkən hava şəraitinə baxmayaraq, işlər fasiləsiz aparılır.
Kaynak: milli.az