“Aİ95” benzininin satışı dayandırılıb? RƏSMİ
Digərləri 05 Ağu 2025 12:55:00 78 0
Yerli KİV-də yayılan məlumatlara görə, Bakının bir çox yanacaqdoldurma məntəqələrində "Aİ-95" premium benzinin satışı dayandırılıb. İddia olunur ki, "Aİ-95″ premium bahalaşacaq.
Bu haberi de oku: Bu ərazidə 680 abonentin qazı KƏSİLƏCƏK
Son.az xəbər verir ki, bu barədə "SOCAR Petroleum" QSC-nin İctimaiyyətlə əlaqələr şöbə rəisi Afaq Rza Metbuat.az-ın sorğusuna cavab verib.
O bildirib ki, "SOCAR" brendli yanacaqdoldurma stansiyalarında (YDS) "Aİ-95" markalı yanacağın satışı dayandırılmayıb:
"Sadəcə olaraq, yüksək tələbat səbəbindən bəzi stansiyalarda yanacaq ehtiyatı müvəqqəti olaraq bitib. Bu gündən etibarən isə bütün YDS-lərdə "Aİ-95" markalı yanacağın satışı tam bərpa olunur və sürücülər bütün stansiyalardan fasiləsiz şəkildə yanacaq əldə edə biləcəklər", - deyə açıqlamada qeyd olunub.