Tələbələr hansı ölkələrdə təhsilə üstünlük verir? AÇIQLAMA


Digərləri 05 Ağu 2025 11:30:00 79 0

Tələbələr hansı ölkələrdə təhsilə üstünlük verir?  AÇIQLAMA

2022-2028-ci illər üçün gənclərin xarici ölkələrdə magistratura təhsili proqramına qəbul nəticələri müəyyənləşib.

Bəs Dövlət Proqramı üzrə ən çox seçilən ölkələr və ixtisaslar hansılardır?

Son.az xəbər verir ki, bu barədə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova bildirib ki, tələbələr əsasən Böyük Britaniya, Almaniya, Türkiyə və Niderlanda üstünlük verirlər. Ən çox seçilən ixtisaslar isə tibb, mühəndislik, informasiya texnologiyaları və iqtisadiyyatdır. Bu, ölkənin gələcək ixtisaslaşma istiqamətlərini göstərir:

"Qəbul prosesində namizədlərin bal nəticələri açıqlanmır, amma yüksək bal toplayanlar prioritetlə seçilir. Həmçinin, ehtiyat siyahılar mövcuddur; qəbul olunanlar imtina etdikdə ehtiyat siyahıdakılar da imtina edənlərin yerinə qəbul oluna bilər".