Aşan avtomobildə ölən Asəf ingilis dili müəllimi imiş
Digərləri 04 Ağu 2025 11:36:00 83 0
Dünən Gədəbəy rayonunun Şahdağ kəndində "Kia" markalı avtomobilin aşması nəticəsində həyatını itirən şəxslərdən biri müəllim imiş.
Bu haberi de oku: Azərbaycanda istidən beyninə qan sızan kişi ÖLDÜ
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində ölən 52 yaşlı Asəf Tapdıqov rayonun Çiçəkli kənd orda məktəbinin ingilis dili müəllimi olub.
Qəzada həyatını itirən 34 yaşlı Azadə Məmmədova isə həmin məktəbin riyaziyyat müəllimi olan Rüfət Məmmədovun həyat yoldaşıdır.
Qeyd edək ki, hadisə dünən axşam saatlarında baş verib. 1990-cı il təvəllüdlü Şəmkir rayon sakini Vüsal Məmmədov idarə etdiyi "Kia" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə 1991-ci il təvəllüdlü Azadə Məmmədova və 1973-cü il təvəllüdlü Asəf Tapdıqov hadisə yerində ölüb.