Putin Zelenski ilə görüşə bilər
Digərləri 04 Ağu 2025 14:51:00 72 0
Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək imkanını istisna etmir.
Bu haberi de oku: Bu qidalar iştahsızlıq yaradır
Son.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.
O bildirib ki, belə bir görüş yalnız ekspert səviyyəsində aparılan hazırlıq işlərindən sonra mümkün ola bilər.
Peskov qeyd edib ki, bu cür görüşlərin effektiv və nəticə yönümlü olması üçün əvvəlcədən gündəliyin və əsas məsələlərin razılaşdırılması vacibdir. Onun sözlərinə görə, Rusiya tərəfi istənilən diplomatik təşəbbüsə qarşı deyil, lakin prosesin real məzmunu və məqsədi olmalıdır.
Asya Son.az
Kaynak: milli.az