Baş nazir qərar imzaladı
Digərləri 04 Ağu 2025 12:27:00 75 0
Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə Qaydasında dəyişiklik edilib.
Bu haberi de oku: Bu valyutalar bahalaşdı
Son.az xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə qərar imzalayıb.
Qərara əsasən, ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmaq və ya oradan çıxmaq məsuliyyətə səbəb olacaq.
Kaynak: milli.az