Yanğının qarşısında tiktok çəkən qızlar saxlanıldılar VİDEO
Digərləri 04 Ağu 2025 08:08:00 66 0
Rusiyada neft bazasında yanğın fonunda video çəkən iki gənc qız saxlanılıb.
Bu haberi de oku: Rusiyada həbsdə olan general döyüşə göndərildi
Son.az xəbər verir ki, Rusiyanın Soçi şəhərinə işləməyə gedən 19 yaşlı Karina və 21 yaşlı Darya Adlerdəki neft bazasında baş verən yanğın fonunda TikTok üçün video çəkdiklərinə görə saxlanılıblar.
Onlar videonu "Malinovıy rassvet" musiqisi altında çəkiblər. Polisə aparılan qızlar hadisə vaxtı sərxoş olduqlarını və videonu sosial şəbəkəyə əyləncə məqsədilə yerləşdirdiklərini bildiriblər. Video artıq internetdən silinib. Hər üç nəfər etdiklərinə görə peşman olduqlarını bildiriblər.
Karina barəsində fövqəladə hallarda davranış qaydalarının pozulması maddəsi ilə inzibati protokol tərtib olunub. Ona 30 min rubla qədər cərimə tətbiq oluna bilər.