Marketdə kassir işləyən qızın yorğunluqdan ürəyi getdi ANBAAN VİDEO
Digərləri 01 Ağu 2025 15:40:00 79 0
Türkiyədə kassada dayanmaqda çətinlik çəkən gənc qadının görüntülərindən sonra, başqa bir marketdə işləyən gənc kassir iş yükünün ağır olmasına dözməyərək huşunu itirib.
Bu haberi de oku: "1000 nəfərə aspirin versək, 5 il ərzində infarktın qarşısını ala bilərik, amma..."
Son.az yerli mətbautaına istinadən xəbər verir ki, şəbəkə marketlərdə çalışan kassirlərin yorğunluqdan huşunu itirdiyi anların görüntüləri sosial mediada gündəm mövzusuna çevrilməkdə davam edir.
10 saatdan artıq iş vaxtı, aşağı maaş və yorucu iş şəraiti altında əziyyət çəkən market işçilərinin yaşadıqları çətinliklər günbəgün daha aydın görünür.
Market işçilərini huşsuz qoyan iş rejimi
Son günlər Türkiyənin aparıcı şəbəkə marketlərindən birində çalışan qadın kassirin yorğunluq səbəbindən işini davam etdirə bilmədiyi anlar sosial mediada böyük rezonans doğurmuşdu. Bu görüntülərdən sonra yayılmış yeni videoda isə başqa bir marketdə çalışan kassirin intensiv iş tempinə dözməyərək huşunu itirdiyi əks olunub. Videoda kassada halı pisləşən işçinin yerə yıxıldığı anlar izləyiciləri dərindən sarsıdıb.
Nə istirahət, nə dəstək var
Şəbəkə market işçilərinin çoxu minimum əmək haqqı və ya çox az əlavə ilə ağır iş yükü altında çalışır. Lakin onların işi yalnız kassirliklə məhdudlaşmır. Təmizlik, məhsulların yerləşdirilməsi, təhlükəsizlik və müştəri xidməti kimi bir çox sahədə də məsuliyyət daşıyan işçilər çoxşaxəli və intensiv vəzifələrlə mübarizə aparır.
Üstəlik, işçilərin iş zamanı istirahət etmələrinə mane olmaq məqsədilə kassalarda stul qoyulmasına çox vaxt icazə verilmir. Saatlarla ayaq üstə duran işçilər həm fiziki, həm də psixoloji olaraq ağır yükün altında qalırlar.
Kənan Son.az