Biz dost ölkələrlə daha çox layihələrə ümid edirik Suriyanın energetika naziri


Digərləri 02 Ağu 2025 13:54:00 75 0

Biz dost ölkələrlə daha çox layihələrə ümid edirik  Suriyanın energetika naziri

Qardaş Qətər dövlətinə, dost Türkiyə və Azərbaycan respublikalarına bizə göstərdikləri nəcib münasibətə, dürüst dəstəyə və davamlı yardıma görə dərin təşəkkürlərimi bildirirəm. Bu dəstək Suriyanın layiq olduğu mövqeyə - ölkələr arasında qabaqcıl və firavan bir dövlət kimi qayıtmasına yardım edəcək. Biz bu dost ölkələrlə daha çox layihələrə ümid edirik.

Trend-in Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimində çıxışı zamanı deyib.

O, əvvəlcə Suriyanın iqtisadi durumu ilə bağlı təəssüratlarını bölüşüb:

"Suriya xalqı uzun illərdir ağır, acılı, iztirablı illər yaşadı. Bu illər həyatın ən sadə tələblərinin belə olmadığı, əsas xidmətlərin, xüsusilə də enerji xidmətlərinin tamamilə yoxa çıxdığı dövrlər idi. Suriya xalqı uzun illər qaranlıq və zülmət içində yaşadı, zavodlar dayandı, həyati obyektlər sıradan çıxdı, iqtisadi fəaliyyət iflic oldu, infrastruktur məqsədli şəkildə dağıdıldı.

Bu, xalqımızın səbr və ucalıqla yaşadığı, sözlə ifadə edilə bilməyəcək qədər çətin bir dövr idi. Amma keçmiş rejimin qaranlığı çəkildikcə, azadlıq şəfəqləri doğduqca, xalqımız dağıntılar altından qalxaraq yeni bir başlanğıca ümidlə baxmağa başladı və layiq olduğu ləyaqətli həyata qovuşmaq arzusu ilə yaşamağa başladı.

Biz ilk gündən rejimin dağıtdıqlarını bərpa etməyə qərarlı olduq və gecə-gündüz yorulmadan enerji istehsalı və ötürmə stansiyalarını, xüsusilə də elektrik, neft və qazın ötürülməsi sahələrini yenidən bərpa etməyə başladıq".

Nazir vurğulayıb ki, bu gün isə fəxrlə və qürurla Suriyanı Türkiyə ilə birləşdirən regional qaz boru kəmərinin açılışı qeyd edilir: