Ceylo gənclik sirrini açıqladı, hamamdan video çəkdi cəmi 60 dollara başa gəlir!


Şou-biznes 27 Tem 2025 17:06:00 70 0

Ceylo gənclik sirrini açıqladı, hamamdan video çəkdi  cəmi 60 dollara başa gəlir!

Dünyaca məşhur ulduz Cennifer Lopez 56-cı doğum günündə parlaq və gənc görünüşünün sirrini bölüşüb. Lopezin sözlərinə görə, dərisini hər zaman sağlam və gənc saxlamağının əsas səbəbi müntəzəm dəriyə qulluq rutinidir. Maraqlısı budur ki, o, istifadə etdiyi məhsulların hamısının öz brendi olan "JLo Beauty"yə aid olduğunu vurğulayıb. Lopez məhsullarını hər gün istifadə etdiyini, onların həm də lüks və elmi cəhətdən test edilmiş olduğunu deyib.

Son.az xəbər verir ki, o, bu açıqlamaları Kaliforniyadakı dəbdəbəli malikanəsinin hamamından çəkdiyi "Instagram" videosunda edib.

Videoda pərəstişkarlarının suallarını cavablandıran Lopez onun nəmləndirici kremini "ipək kimi" təsvir edən bir izləyicisinə belə cavab verib:

"Üzünüzdə kaşmir kimi hiss etdirmək istədik, amma eyni zamanda bu məhsullar klinik testlərdən də keçib".

Bir izləyicisinin "Həqiqətən də işə yarayır" şərhinə isə zarafatla belə cavab verib:

"Bəli, elə məqsədi də budur. Nə düşünürdün, zarafat üçünmü etmişəm?"

Lopez bəzi insanların məşhurların buraxdığı kosmetik məhsullara etimadsız yanaşmasını başa düşdüyünü bildirərək, onun məhsullarının həm dəbdəbəli, həm də elmi əsaslarla test edilmiş olduğunu bir daha vurğulayıb:

"Bəzi məşhur məhsullar həqiqətən də şişirdilir. Amma mən işimi heç vaxt yarımçıq buraxmıram".

Məhsulların qiymətinin bir qədər yüksək olması ilə bağlı şərhlərə isə belə cavab verib:

"Dəriniz hər gün sizinlədir. Əgər büdcəniz imkan verirsə, ən yaxşı sərmayə elə dərinizə olmalıdır".

Müğənni əlavə edib ki, bu məhsulları yalnız kamera qarşısında deyil, gündəlik həyatda da istifadə edir. Hətta videonun onun öz şəxsi hamamında çəkildiyini deyib.

O, ailəsindən gələn gözəllik sirlərini də bölüşərək, anası və nənəsinin gözəllik üçün zeytun yağından istifadə etdiyini bildirib.

Buna görə də məhsullarında "Zeytun Kompleksi" adlı tərkibə yer verdiklərini deyib:

"Hətta saçına mayonez çəkənlər də vardı, amma mən bu qədər də irəli getmədim", - deyə gülümsəyərək əlavə edib.

Kənan Son.az