Serdar Ortaç: “Bir lirə də istəmirəm, sadəcə əlayağımı geri istəyirəm”


Şou-biznes 27 Tem 2025 12:28:00 91 0

Serdar Ortaç: “Bir lirə də istəmirəm, sadəcə əlayağımı geri istəyirəm”

Türkiyənin məşhur pop ifaçısı Serdar Ortaç şəxsi həyatına dair səmimi və bir o qədər də kədərli açıqlamalar verib.

Son.az xəbər verir ki, o, youtuber Orkun Işıtmakın "Çəhrayı yalanlar" adlı proqramında iştirak edərək həm səhhətindəki problemləri, həm də qumar səbəbilə yaşadığı çətinlikləri etiraf edib.

Serdar Ortaç proqram zamanı yalan detektoruna qoşularaq, ona ünvanlanan suallara dürüst cavablar verib. Məşhur sənətçiyə "Qumarda 50 milyon dollara yaxın pul itirdiyiniz deyilir. Bu doğrudurmu?" sualı verildikdə, o cavabında dəqiq rəqəm açıqlamasa da etiraf edib:

"Sual belə verilsə daha düzgün olar: "Qumarda çox pul itirmisinizmi?" - Bəli, itirdim. Qumar iyrəncdir. Qumar ailəni, pulunu, evliliyini, sağlamlığını məhv edir. Məhv etməyəcəyi heç nə yoxdur. Sadəcə 3 lirə qazanmaq üçün 300 lirəni itirirsən".

Ortaç qumarın həyatında buraxdığı dərin izlərdən də danışıb:

"İntihar etmə nöqtəsinə gəlirsən. Psixoloji tarazlığın pozulur. Dostların səni tərk edir. Borc tapmağa çalışırsan, gecə saatlarında kimlərəsə zəng edib pul istəyirsən. Bu, insanın öz dəyərini aşağı salır".