Siyasət

Prezident: Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik

2023-01-10 18:43:00

Deportasiya olunmuş azərbaycanlıların Qərbi Azərbaycana qayıtmaları ermənilərə problem yaratmayacaq. Çünki onların oraya qayıtmaları orada yaşayan ermənilərin oradan çıxarılması demək deyil. Çünki o kəndlər boşdur və biz, əlbəttə ki, əlimizdə olan bütün imkanlardan istifadə edəcəyik.

İlham Əliyev: Tam haqlı olaraq Qərbi azərbaycanlıların hüquqları mövzusunu beynəlxalq arenaya çıxarmışıq

2023-01-10 18:36:00

Bu gün sirr deyil ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq.

Prezident: Zəngəzur Dəhlizinin reallaşması tarixi zərurətdir

2023-01-10 18:32:00

Nəqliyyat sahəsində bu günə qədər görülən işlər çox güclü zəmin yaradıb. Artıq görülən və bundan sonra görüləcək işlər, əlbəttə ki, bizim mövqeyimizi daha da gücləndirəcək. Çünki adətən açıq dənizə çıxışı olmayan ölkələr tranzit imkanlardan istifadə edə bilmirlər. Azərbaycan nadir ölkələrdəndir ki, açıq dənizə çıxışı yoxdur, ancaq artıq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilib.

İlham Əliyev: Bu, bizi dayandırmayacaq

2023-01-10 18:22:00

Zəngəzur Dəhlizi layihəsi bizim üçün təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, strateji bir layihədir. Tam əminik ki, bu layihənin reallaşması bizim təbii hüququmuzdur.

Prezident: Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır

2023-01-10 18:14:00

Hazırda biz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi ilə ciddi məşğuluq. Keçən il göstəriş verilib və büdcədən 100 milyon dollardan çox vəsait ayrılacaq, onun bir hissəsi artıq ayrılıb. Biz bu dəmir yolunun ötürmə qabiliyyətini indiki 1 milyon tondan 5 milyon tona qədər çatdıracağıq. Amma bu da kifayət etməyəcək.

İlham Əliyev: Bu, çox böyük rəqəmdir

2023-01-10 18:12:00

Biz nəqliyyat sahəsində layihələri uzun illərdir ki, icra edirik. Rusiya-Ukrayna müharibəsi bizim gördüyümüz işlərin əhəmiyyətini daha da artırır.

Prezident: Biz bunu sözlə yox, əməlimizlə təsdiqləyirik

2023-01-10 18:04:00

İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçi ən müasir protezlərlə təmin edilib. Cəmi iki il keçməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsinə aid olan bu proqram tam yerinə yetirilib. Yəni, biz öz sağlamlığını itirmiş soydaşlarımıza maksimum dərəcədə kömək göstərməyə çalışırıq. Əlbəttə ki, bu, yüksək texnologiyalı protezlər olduğu üçün onlar vaxtaşırı dəyişdirilməlidir. Bütün bu proqramlar da gündəlikdədir.

İlham Əliyev: Bu, o ailələr qarşısında mənəvi borcumuzdur

2023-01-10 17:54:00

Ötən il şəhid ailələri və müharibə əlillərinə dəstək istiqamətində də önəmli addımlar atılıb. Bu kateqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verilib, 2021-ci ildə isə 3 min mənzil verilmişdi. Bu il də ən azı 1500 mənzil veriləcək. Beləliklə, hələ növbədə duran bu kateqoriyadan olan insanların hamısına dövlət tərəfindən mənzillər veriləcək.

"Bu il Azərbaycanda orta aylıq əməkhaqqının 900 manatdan çox olacağı gözlənilir"

2023-01-10 17:48:00

Ünvanlı sosial yardımın verilməsi ilə bağlı çox böyük şəffaflaşdırma işi aparılıb. Əvvəlki dövrlərdə bu sahədə çox böyük pozuntulara yol verilmişdi. Ehtiyacı olmayan insanlara sosial yardım verilirdi və əlbəttə ki, bunun arxasında təmənna dayanırdı. Ehtiyacı olan insanların isə buna əli çatmırdı. Ona görə bu sahədə çox geniş təftiş işi aparılıb.

"Minimum əməkhaqqının artması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb"

2023-01-10 17:44:00

Minimum əməkhaqqının 15 faiz artması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb və minimum əməkhaqqı artıq 345 manata çatıb.

Prezident Azərbaycandakı inflyasiyanı belə adlandırdı

2023-01-10 17:42:00

İnflyasiya bu gün bütün dünyada ciddi bir problemə çevrilib. Hətta inkişaf etmiş Qərb ölkələrində ki, orada adətən inflyasiya bir faizdən, yəni, bir və maksimum 1,5 faizdən yüksək olmurdu, bu gün inflyasiya 10 faizi üstələyir.

İlham Əliyev: Məqsədimiz hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir

2023-01-10 17:35:00

Hələlik limitsiz xarici kreditlərin cəlb edilməsinə ehtiyac yoxdur. Ona görə iqtisadi və sosial sahə həmişə paralel getməlidir.

Prezident: Azərbaycanın xarici borcu 7 milyard dollardan azdır

2023-01-10 17:34:00

Azərbaycanın xarici borcu 7 milyard dollardan azdır, həm də ümumi daxili məhsula nisbətdə kəskin azalıb. Əgər keçən ilin əvvəlində xarici borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, keçən ilin yekunlarına görə bu, 9,5 faizə düşüb. Yəni, müqayisə üçün deyə bilərəm ki, bir çox inkişaf etmiş ölkələrdə bu, 100 faiz, hətta 130-150 faizdir.

Kreml İrəvana cavab verdi

2023-01-10 14:29:00

Rusiya bu il Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərini keçirməkdən imtina etməsi ilə bağlı Ermənistanın mövqeyini aydınlaşdıracaq.

Türkiyə Ukraynanın sülhlə bağlı təkliflərini dəstəkləyir

2023-01-10 14:14:00

Türkiyə Ukraynanın sülhlə bağlı təkliflərini dəstəkləyir.

İran parlamenti sədrinin Azərbaycana səfəri planlaşdırılır

2023-01-10 13:19:00

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf yaxın vaxtlarda Azərbaycana səfər etmək niyyətindədir.

Paşinyan Kremlə

2023-01-10 13:08:00

"Rusiyanın Ermənistanda hərbi mövcudluğu İrəvanın təhlükəsizliyinə təhdid yaradır".

Ermənilər Azərbaycana qarşı "MÜHARİBƏ" ELAN ETDİ

2023-01-10 12:54:00

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası bu qarlı çovğunlu havada otuzuncu gündür davam edir. Ermənistan hakimiyyəti, erməni separatçıları və dünyadakı erməni lobbisi var gücləriylə müxtəlif dövlət və beynəlxalq təşkilatların yoldakı aksiyaya görə Azərbaycana təzyiq etməsinə çalışsalar da, "yol bağlıdır", "xəstələrimiz dərmansız qalıb", "Qarabağ erməniləri acdırlar" kimi dezinformasiyalar yaysalar da, nəticə hasil etmədilər. Fransanın siyasi dairələrinin Azərbaycan əleyhinə çalışmaları da bir nəticə vermədi. 

Ermənistan KTMTdən çıxır?

2023-01-10 12:45:00

Ermənistanın KTMT-dən çıxması üçün prosesə start verilib.

"Oğlumla yeni danışmışam, bilmirəm, işdən çıxarılıb?"

2023-01-10 12:43:00

Ötən həftə AMEA-nın sabiq rəhbəri, akdemik Ramiz Mehdiyevin Fövqəladə Hallar nazirinin müavini vəzifəsində çalışan oğlu, general Teymur Mehdiyevin işdən çıxarılması ilə bağlı məlumatlar yayılıb.

"Ultimatum? Nə ultimatum?!" Paşinyan

2023-01-10 12:36:00

"Mən artıq bu məsələyə toxunmuşam və bir daha vurğulayıram ki, Laçın dəhlizinin təhlükəsizliyi Rusiya Federasiyası tərəfindən təmin edilməlidir"

Azərbaycanda bu şəxslərin maaşları ARTACAQ

2023-01-10 11:49:00

"Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əmək haqqı 345 manata çatdırılıb. Minimum əmək haqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək".

Şok: Qabrielyants bir çamadan pulla Xankəndidən qaçdı

2023-01-10 11:37:00

Rusiyadan qaçaraq, Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yerləşən Xankəndi şəhərinə sığınan milyarder Ruben Vardanyanın bəzi imkanlı şəxsləri tətilə getməsi və bunun erməni icmasına pis təsir etməsi barədə müraciəti haqda məlumat vermişdik.

Sallivan İrana görə

2023-01-10 08:58:00

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan İsrailə səfər edəcək.

“Vaqner”çilər indi də Serbiyanı qarışdırmaq

2023-01-10 08:54:00

Rusiyanın qeyri-rəsmi hərbi birləşməsi "Vaqner" özəl hərbi təşkilatı Afrika ölkələrində olduğu kimi Serbiyada da fəaliyyətini artırır.

Azərbaycan Pakistana əlavə

2023-01-10 08:53:00

Yanvarın 9-da Cenevrədə BMT və Pakistanın birgə təşkilatçılığı ilə "İqlimə davamlı Pakistan" mövzusunda beynəlxalq konfrans keçirilib.

Makron müəlliməsi ilə evliliyindən

2023-01-10 08:50:00

Fransa Prezidenti Emmanuel Makron həyat yoldaşı Bricit Makrona olan sevgisindən söz açıb.

Laçın yolu: şaxtaya rəğmən, artıq

2023-01-10 08:47:00

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 30 gündür ki, davam edir.

Almaniya silah əldə etməklə bağlı

2023-01-10 08:24:00

Almaniyada silahlarla bağlı qanunvericiliyə dəyişikliklər hazırlanır.

Rusiya əsirliyində olan "Azov" üzvlərinin

2023-01-10 08:23:00

İki minə yaxın "Azovstal" müdafiəçisi hələ də Rusiya əsirliyindədir. Məhkumlar arasında kişilər və qadınlar da var.

Ermənilər bu gün başlayır: Bakıya qarşı

2023-01-10 08:22:00

Bu gündən (yanvarın 9-dan) etibarən beynəlxalq erməni diasporları Qərb mətbuatında mövcud mövqelərdən, habelə rüşvətxor siyasətçilərdən istifadə edərək, Bakını Qarabağ ermənilərini "blokada" və "soyqırım"nda ittiham edərək, Azərbaycana qarşı genişmiqyaslı böhtan kampaniyası başlatmaq niyyətindədirlər.

Ermənistan ordusuna qadınları yığır üstümüzə “

2023-01-10 08:18:00

"Ermənistan Müdafiə Nazirliyi qadınların könüllü hərbi xidmətə getməsi məsələsini müzakirə edir".