Prezident Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edib FOTO
Siyasət 10 May 2025 15:23:00 65 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edib.
Bu xəbəri də oxu: İlham Əliyev Ağdamın Kəngərli kəndində klubicma mərkəzində yaradılan şəraitlə də tanış olub FOTO
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, 30 sinif otağı olan 484 şagird yerlik məktəbdə təhsil prosesinin müasir səviyyədə təşkili üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada biologiya, kimya və fizika laboratoriyaları, informatika, çağırışaqədərki hərbi hazırlıq kabinetləri, kitabxana, akt və idman zalları, yeməkxana mövcuddur.
Təhsil ocağının ərazisində idman meydançası inşa olunub. Bu meydançadan şagirdlərlə yanaşı, dərsdənkənar saatlarda kənd əhalisi də istifadə edə biləcək. Ərazidə oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.
Qeyd edək ki, kənddə inşa olunmuş bir çox qeyri-yaşayış binasının, o cümlədən məktəb binasının damında da Günəş panelləri quraşdırılıb. Bu panellər vasitəsilə binaların elektrik ehtiyacları təmin ediləcək.
Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının yaradılmasına xüsusi diqqət göstərilir. Yeni istifadəyə verilən Kəngərli tam orta məktəbi bunun daha bir nümunəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayo

Almaniyanın kansleri Fridrix Mertz rəsmi Moskvanın Ukraynada 30 günlük atə

Erməni mediasının yaydığı məlumatda qeyd olunur ki, ""Məndə o

Dünyanın ən ağıllı insanlarının bürcləri illərdir maraq doğurduğu k

Siqaret istifadəçilərini yaxın günlərdə qiymət artımı gözləyir.

Almaniyada əsl adı Civar Hacabi ilə tanınan İran əsilli məşhur reper Xa

Şimal və qərb rayonlarından mayın 11-i günün ikinci yarısı başlayaraq

Ərzurum merinin oğlunun paylaşımı müzakirələrə səbəb olub.

2021-2025-ci illərdə mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb.

İspartanın Güneykent şəhərinin Baladız məhəlləsində ailəsi ilə bi

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci

Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 9-da Bakıya qayıdışı

Ermənistan 2020-ci ildən sonra üç il Qarabağa mina daşıyıb.

Delimitasiyası prosesi ilə bağlı təmaslar davam edəcək.
