Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib FOTO
Digərləri 10 May 2025 10:14:00 69 0
Mayın 10-da Heydər Əliyev Fondunun vitse-prezidenti, "IDEA" İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə Suraxanı rayonu, Zığ şossesindəki boş ərazidə ağacəkmə aksiyası keçirilib.
Bu xəbəri də oxu: Paşinyana qarşı impiçment başladıldı
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, aksiya Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib.
"IDEA" könüllülərinin fəal iştirakı və Bakı Abadlıq Xidmətinin dəstəyi ilə keçirilən tədbir zamanı ərazidə 1000 ədəd zeytun ağacı əkilib və yaşıllaşdırma ilə yanaşı, abadlıq işləri də aparılıb. Ağacların effektiv şəkildə sulanması və su israfının qarşısının alınması üçün damcılı suvarma sisteminin tətbiqi nəzərdə tutulub.
Qeyd edək ki, tədbir Zığ-Aeroport yolu boyunca mütəmadi olaraq həyata keçirilmiş ağacəkmə kampaniyaları çərçivəsində həmin ərazidə aparılan yaşıllaşdırma işlərini yekunlaşdıran sonuncu aksiya kimi təşkil edilib.
Tədbirdə, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim Mətbəx" sosial layihəsinin veb-saytı və sosial şəbəkə hesabları haqqında məlumat təqdim edilib. Layihənin əsas məqsədi aztəminatlı ailələrə və ehtiyacı olan şəxslərə isti yeməklər təqdim edərək onlara sevgi və qayğı ilə dolu bir mühit bəxş etmək və cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirməkdir. Fəaliyyətə başladığı gündən etibarən "Bizim Mətbəx" könüllüləri Bakı və ətraf bölgələrdə yaşayan yüz minlərlə insana isti yeməklər təqdim edərək onların gündəlik həyatına isti münasibət və ümid bəxş etməyə nail olublar.
İtaliyanın paytaxtı Romadakı məşhur "MAXXI" XXI Əsrin Milli İn

Vatikanda keçirilən konklavın üçüncü turunda, Papa Fransiskin vəfatında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayo

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş "Ko

Hindistan və Pakistan arasında uzun illərdir davam edən sərhəd münaqişə

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 1

Bakı qəsəbələrinin ucuz bazarları... Hətta bu bazara digər qəsəbələr

Əməkdar artist Nüşabə Ələsgərli efirdə kövrəlib.

Rusiya nasistləri yenidən darmadağın etməyə hazırdır, çünki onun arxas

Bəzən həyat yol ayrıcında dayanır, səni yollardan birini seçməyə məcb

Əməkdar artist Vasif Məhərrəmli bağını satıb.

Xalq artisti Şükufə Musayeva "AStar" verilişində qonaq olub.

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabınd

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci
