“Rolling Stone” jurnalı: Azərbaycanın “Avroviziya”ya yəhudi əsilli ifaçını göndərməsi cəsarətli addımdır


Şou-biznes 09 May 2025 20:00:00 85 0

“Rolling Stone” jurnalı: Azərbaycanın “Avroviziya”ya yəhudi əsilli ifaçını göndərməsi cəsarətli addımdır

Məşhur "Rolling Stone" jurnalı Azərbaycanı bu il "Avroviziya 2025" musiqi yarışında təmsil edən "Mamagama" qrupundan yazıb.

Son.az həmin məqaləni təqdim edir:

"Hər ilin mayında keçirilən "Avroviziya" mahnı müsabiqəsi dünyanın ən möhtəşəm və baxımlı müsabiqəsi, eləcə də, dünyanın müxtəlif kontinentlərində milyonlarla izləyicisi olan ən baxımlı musiqi yarışması sayıla bilər. Bu yarışma həm də musiqidən daha çox özünün ekstavaqantlığı ilə məşhur olsa da daxilində geosiyasi üstünlük də yox deyil.

Məsələn, 2016-cı ildə Ukrayna təmsilçisi olan Сamala 1944-cü ildə, Stalinin hakimiyyəti dövründə təqiblərə məruz qalan Krım tatarlarının xatirəsinə, eləcə də Krımın Rusiya tərəfindən işğalına həsr olunmuş səhnə performansı ilə qələbə qazana bilmişdi. 2022-ci ildə isə Rusiyanın Ukraynaya genişmiqyaslı aqressiyası başladı bir neçə ay sonra Avropa bu faktı tənqid etməyə başlamışdı və o zaman da Ukrayna qələbə qazandı. "Avroviziya"da geosiyasət və böyük güclər zaman-zaman əl-ələ verib. Bu il də o baxımdan istisna deyil.

Azərbaycanı builki yarışmada müsəlman bir ölkədə yəhudi əsilli solistin yer aldığı "Mamagama" qrupu təmsil edəcək. Gərgin geosiyasi vəziyyətdə bu seçim özlüyündə bir çağırış hesab oluna bilər. Regional problemlərin olduğu bir vaxtda, qrup tolerantılıq çağırışları etməyi düşünür. Buna isə bütün dünyanın ehtiyacı var.

Qrupun hər bir üzvü müxtəlif etnik qruplara aiddir. Solist Asəf Mişiyev yəhudi, gitara ifaçısı Həsən Heydər və baraban ifaçısı Arif İmanov isə Livan-Rus əsilli etnik azərbaycanlılardır. Əhalisinin 95 faizinin müsəlman olduğu bir ölkə olan Azərbaycan dini və etnik baxımından hər hansı gərginlik demək olar ki, mövcud deyil. "Mamagama" qrupunun üzvləri deyir ki, onlar Azərbaycanın paytaxtı Bakının miniatür modelini simvolizə edir: "Burada tam bir dözümlülük hökm sürür, - 32 yaşlı Asəf Mişiyev belə deyir, - yəhudilərə xas olan bayramlar da müsəlmanların bayramları ilə eyni dərəcədə qeyd edilir deyə biz bir-birimizi təbrik edirik".

Belə bir vaxtda müsəlman bir xalqı təmsil etmək üçün "Avroviziya" müsabiqəsinə yəhudi əsilli bir ifaçını göndərən ikinci bir dövlət təsəvvür etmək mümkün deyil. Lakin Azərbaycan yəhudi irsi ilə qürur duyur. Burada həm də dünyanın daim mövcud olan ən qədim yəhudi icmalarından biri məskunlaşıb. Bu icma təkcə özünün uzunömürlü olmasına görə deyil, həm də müsəlmanların çox olduğu bir dövlətdə yaşaya bilməsinə görə də tanınır. Dağ yəhudiləri ehtimal edildiyi kimi vaxtilə qədim farsdilli yəhudilərdən törəmə etnik qrupdur. Onlar indiki İran ərazisindən təqiblər nəticəsində qaçaraq, eramızın V əsrində müasir Azərbaycanın şimal-şərq hissəsində məskunlaşıblar. Asəf Mişiyev Azərbaycanın paytaxtı Bakıda dünyaya gəlsə də, ailəsi öz yəhudi-fars adətlərinə sadiq olan, dialektlərini və milli geyimlərini qoruyan, tarixən müsəlman qonşuları ilə sülh şəraitində yaşayan yəhudi icmasına mənsubdur.

Azərbaycanın "Avroviziya" müsabiqəsinə məhz yəhudi əsilli ifaçını göndərməsi cəsarətli addımdır. Ötən ilki müsabiqə ziddiyyətlərlə dolu idi, çünki həm rəqiblər, həm də etiraz edən kütlə İsrail təmsilçisi İden Qolanın Qəzzadakı hərbi əməliyyatlar səbəbindən müsabiqədən kənarlaşdırılmasını tələb edirdi. Azərbaycanı təmsil edən ifaçılar Fəxri və İlkin Dövlətovlar bu cür mübahisələrə qoşulmadıqları üçün çox şanslı idilər. Çox güman ki, onlar bunu siyasətdən kənar qalmaq və ölkəsinin İsraillə isti münasibətlərini vurğulamaq üçün ediblər. Lakin A. Mişiyev yəhudi dövlətinə olan rəğbətini gizlətmir: "Mən ivrit dilinə danışa bilirəm. Burada yəhudi məktəbində təhsil almışam. Burada iki yəhudi məktəbi yerləşir. Bizim İsraillə münasibətlərimiz çox möhkəmdir. Mən təkcə fəxr etdiyim ölkəm olan Azərbaycanı yox, həm də yəhudi xalqını təmsil etməkdən və valideynlərimin də yəhudi olmasından qürur duyuram".

Bu iki dövlət üç onillik boyunca bir-biri ilə sıx münasibətlər qurub. 1992-ildə İsrail SSRİ-nin süqutu və müstəqilliyin bərpasından sonra Azərbaycanla diplomatik münasibətlər yaradan ilk dövlətlərdən biri oldu. Hər iki dövlət möhkəm ticarət əlaqələri saxlayır və müxtəlif beynəlxalq plarformalarda bir-birinin mövqeyini dəstəkləyir. 2024-cü ildə Azərbaycan yəhudi dövlətində səfirlik açmış şiə müsəlmanların çoxluq təşkil etdiyi ilk ölkə oldu. Bu il isə Azərbaycan antisemitizmi dərslik proqramlarına daxil edən ilk müsəlman çoxluğun yaşadığı dövlət adını qazandı.

Bu siyasi dinamika heç də "Mamagama"nın ifa etdiyi musiqinin məğzini təşkil etməsə belə, onun rəmzi hesab olunur. Qrupun "Run With U" mahnısı yüksək enerjiyə malik pop-himndir. Həmin ifa Azərbaycanın ənənəvi musiqisi ilə retro-futuristik ahəng təşkil edir. Həmin mahnıda mili musiqi aləti olan sazdan da istifadə edilib. Musiqi parçasına çəkilmiş klip tünd antiutopik gələcəyi təmsil edir. Əsas qəhrəman Mişiyev mahnı ifa edən kiborq - əcaib varlıq obrazında təmsil olunub. Obraz dayanıqlılığı və özünüdərki simvolizə edir. Mişiyev deyir ki, qrupun əsas məqsədi sərhədləri aşmağa qadir olan bir kompozisiya yaratmaqdan ibarət olub:

"Bu, sevgi haqqında yazılmış, pop janrında bir kompozisiyadır. Əsas məqsədim onun insanlarla ahəng yarada bilməsindən və sərhəd olmadan onları bir-birinə yaxınlaşdırmaqdan ibarət olub.

Bazel şəhərində mayın 13-də keçiriləcək müsabiqə zamanı qrup məhz bunu etmək şansı qazanacaq". /APA Son.az

Alça kimlərə olmaz? like
  • 09 May 19:49  
Digərləri Alça kimlərə olmaz?

Yazın gəlişi ilə təbiət canlanır, ağaclar bar verir, piştaxtalar isə r

arrow Ətraflı
Ceyhun Mirzəyevin yeganə qızı küçədə yaşayır like
  • 09 May 19:33  
Şou-biznes Ceyhun Mirzəyevin yeganə qızı küçədə yaşayır

"Ögey ana", "Fəryad" kimi məşhur filmlərdə rol alan m�

arrow Ətraflı
Paşinyana qarşı impiçment başladıldı like
  • 09 May 19:18  
Digərləri Paşinyana qarşı impiçment başladıldı

Ermənistanın Vahid Milli Konstitusiya Partiyası ölkənin baş naziri Nikol P

arrow Ətraflı
Tərtərdə ağır qəza  yaralılar var like
  • 09 May 19:11  
Digərləri Tərtərdə ağır qəza yaralılar var

Tərtərdə ağır yol qəzası baş verib.

arrow Ətraflı
Tərtər çayında boğulan yeniyetmənin meyiti tapılıb like
  • 09 May 19:00  
Digərləri Tərtər çayında boğulan yeniyetmənin meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tərt�

arrow Ətraflı
Miqreni olanlar bu qidaları yeməsin like
  • 09 May 18:41  
Digərləri Miqreni olanlar bu qidaları yeməsin

Miqren sadəcə adi baş ağrısı ilə kifayətlənməyən, bir çox insana g�

arrow Ətraflı
Bu 5 bürc dəyişiklik yaşayacaq – Arzularınızı gerçəkləşdirməyə hazır olun like
  • 09 May 18:30  
Digərləri Bu 5 bürc dəyişiklik yaşayacaq – Arzularınızı gerçəkləşdirməyə hazır olun

Yazın son ayı bir neçə bürc üçün xüsusilə əlamətdar olacaq. Onları

arrow Ətraflı
Bu dərmanları pulsuz ALACAĞIQ like
  • 09 May 18:19  
Digərləri Bu dərmanları pulsuz ALACAĞIQ

Azərbaycanda bir sıra dərman vasitələrinin icbari tibbi sığortaya daxil e

arrow Ətraflı
Azərbaycanda distant təhsil TANINACAQ like
  • 09 May 18:03  
Digərləri Azərbaycanda distant təhsil TANINACAQ

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) distant təhsil xidmətləri

arrow Ətraflı
Niyə kariyes teztez təkrarlanır?  SƏBƏBLƏR like
  • 09 May 17:50  
Digərləri Niyə kariyes teztez təkrarlanır? SƏBƏBLƏR

Karies yəni diş çürüməsi dünyanın ən geniş yayılmış diş probleml�

arrow Ətraflı
Papanın taxta oturacağı tarix məlum oldu like
  • 09 May 17:39  
Dünya Papanın taxta oturacağı tarix məlum oldu

Roma Papası XIV Leonun taxta çıxma prosesi mayın 18-də baş tutacaq.

arrow Ətraflı
Həqiqi sevgi tapmaq üçün həyatına yenidən başlamalı olan 4 Bürc like
  • 09 May 17:28  
Digərləri Həqiqi sevgi tapmaq üçün həyatına yenidən başlamalı olan 4 Bürc

Astroloqlar bildirirlər ki, bəzi bürclər yalnız daxili dəyişikliklər və

arrow Ətraflı
Gündəlik vərdişlər həyatınızı qısaldır: Şok edici həqiqət like
  • 09 May 17:14  
Digərləri Gündəlik vərdişlər həyatınızı qısaldır: Şok edici həqiqət

Əgər gününüzün çox hissəsini oturaraq keçirirsinizsə, bu adi görünə

arrow Ətraflı
"Bu, mənim üçün son addım idi" like
  • 09 May 17:00  
Şou-biznes "Bu, mənim üçün son addım idi"

"Bu hissləri yaşamaq dəhşət idi"

arrow Ətraflı
Rusiyada eyni anda iki zəlzələ baş verdi like
  • 09 May 16:47  
Digərləri Rusiyada eyni anda iki zəlzələ baş verdi

Rusiyanın şərqində yerləşən Kamçatka vilayətində eyni vaxtda iki zəlz

arrow Ətraflı