Yer kürəsini güclü maqnit qasırğası vuracaq XƏBƏRDARLIQ
Dünya 08 May 2025 09:42:00 74 0
Yer kürəsini güclü maqnit qasırğası vuracaq: Nə zaman başlayacaq və özümüzü necə qoruyaq?
Bu xəbəri də oxu: Paşinyan parlamentdə deputata hücum çəkdi
Yer kürəsində növbəti 24 saat ərzində güclü, qırmızı səviyyəli maqnit qasırğası gözlənilir.
Son.az xəbər verir ki, bu barədə "Space Weather Prediction Center" məlumat yayıb.
Qasırğanın intensivliyi bir çox insanın sağlamlıq vəziyyətinə mənfi təsir göstərə, eləcə də rabitə və peyk sistemlərində nasazlıqlara səbəb ola bilər.
Qasırğa haqqında nə məlumdur?
Güclü maqnit qasırğası 2025-ci il mayın 9-u, cümə günü Yer kürəsinə çatacaq. Qasırğa K-indeksi 5 olan qırmızı səviyyəyə qədər yüksələcək. Hava şəraitinə qarşı həssas insanlar onun təsirini artıq mayın 8-i, axşam saatlarından etibarən hiss etməyə başlayacaqlar. Belə təbii hadisələr baş ağrısı, yorğunluq və ümumi narahatlıq hissinə səbəb ola bilər.
Eyni zamanda, bu səviyyədəki maqnit qasırğaları radio, mobil rabitə, peyk və GPS sistemlərinin fəaliyyətinə təsir göstərə bilər.
Qasırğanın təsiri tədricən mayın 10-u, şənbə günü azalacaq. Günün ilk yarısında təsirlər davam etsə də, günortadan sonra vəziyyət sabitləşəcək.
Alimlər qeyd edirlər ki, Günəş aktivliyi çox tez dəyişə bildiyindən, bütün proqnozlar ilkin xarakter daşıyır. Buna görə də rəsmi xəbərdarlıqları izləmək tövsiyə olunur.
Maqnit qasırğası nədir?
Günəşdə baş verən partlayışlar nəticəsində böyük miqdarda enerji və kiçik yüklü hissəciklər kosmosa atılır. Bu hissəciklər sürətlə hərəkət edərək Yer kürəsinin maqnit sahəsinə çatdıqda pozuntu yaradır - alimlər bunu "maqnit qasırğası" adlandırırlar.
Bu cür qasırğalar zəifdən güclüyə qədər müxtəlif səviyyələrdə olur. K-indeksi 5-dən yuxarı olan qasırğalar isə artıq insanlarda narahatlıq yarada bilər.
Maqnit qasırğası insanlara necə təsir edir?
Maqnit aktivliyi hər kəsə fərqli şəkildə təsir edə bilər. Lakin tez-tez rast gəlinən əlamətlər bunlardır:
Baş ağrısı və başgicəllənmə
Miqren və ürəkbulanma
Qan təzyiqində dəyişikliklər
Ümumi zəiflik və yuxululuq
Yuxusuzluq və tez yorulma
Konsentrasiya problemi və əsəbilik
2025-ci il mayın 8-nə olan bürclər proqnozu beş bürcün həyatında yeni b

Rusiyanın Kamçatka diyarında 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Bakı və Sumqayıtın bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasil�

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesa

Sovetlər tərəfindən 1972-ci ildə Venera planeti üçün buraxılan, lakin o

Əməkdar artist Gövhər Rzayeva ona edilən hədiyyədən danışıb.

Son günlər Abşeron rayonunun Saray qəsəbəsində baş verən su qıtlığı

Yaxın gələcəkdə bürcün üç əlaməti xoşagəlməz xəbərlərlə qarş�

Sarımsaq balı, ənənəvi Çin təbabətində yüksək dəyərləndirilir və

Teleaparıcı Zümrüd Bədəlova verilişinin olan qadağa siyahısından danı

Alimlərin apardığı yeni araşdırmaya görə, insanların xoşbəxtlik səvi

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni fotoları i

Prezident İlham Əliyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradı
