Azərbaycan Milli Xalça Muzeyində “Rabat xalça sənəti” immersiv sərgisi açılıb
Siyasət 06 May 2025 17:19:00 86 0
Azərbaycan Milli Xalça Muzeyində "Xalçaçı günü" peşə bayramı münasibətilə "Rabat xalça sənəti" immersiv sərgisi açılıb.
Bu xəbəri də oxu: Prezident: Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir
Trend xəbər verir ki, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi, Rabat Mədəni İrsinin Qorunması Fondunun prezidenti Lalla Hasnaa iştirak ediblər.
Tədbir Heydər Əliyev Fondu, Rabat Mədəni İrsinin Qorunması Fondu, Azərbaycanın Mədəniyyət Nazirliyi, Mərakeş Krallığının ölkəmizdəki səfirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Mərakeş Sənətkarlıq Evi və Mərakeş Milli Muzeylər Fondunun təşkilatçılığı ilə keçirilib.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova xalça sənətinin təkcə Azərbaycan üçün deyil, eyni zamanda, dünya mədəni irsinə böyük töhfə olduğunu deyib. 2016-cı ildən Prezident İlham Əliyevin Sərəncamı ilə mayın 5-nin ölkəmizdə "Xalçaçı günü" peşə bayramı kimi qeyd edildiyini vurğulayıb. "Azərbaycanın ənənəvi xalçaçılıq sənəti"nin 2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyi qonaqların diqqətinə çatdırılıb.
Bədii hissədə "Pəri xanımın sehrli nağılı" animasiya filmi nümayiş olunub, Xalq artisti Faiq Sücəddinovun Xalq rəssamı Eldar Mikayılzadənin sözlərinə bəstələdiyi "Sevərək toxu!" adlı yeni mahnısı ifa edilib.
Sonra sərginin açılışı olub.
Burada Rabat xalçasının möhtəşəmliyi fiziki və rəqəmsal sərgi təcrübəsini birləşdirən immersiv və vizual cəhətdən maraqlı bir ssenari vasitəsilə təqdim edilib. Sərgidə bədii fotolar, qrafik illüstrasiyalar və XX əsrə aid orijinal Rabat xalçası, həmçinin Azərbaycanın XX əsrin əvvəllərində Qazax xalçaçılıq mərkəzinə aid xalça təqdim olunur. Bu eksponatlar iki qədim tekstil ənənəsi arasındakı əlaqəni nümayiş etdirir. Bədii səyahət kimi qurulan sərgi Rabat xalçasının mənşəyini, onun incə toxuculuq texnikalarını və bu ənənənin qorunub saxlanmasında qadın sənətkarların əsas rolunu nümayiş etdirir. Sərgidə, həmçinin müxtəlif kompozisiyalar, muzeydə toxunan xalçalar da təqdim olunur.
Tədbirdə muzeyin Ənənəvi texnologiya şöbəsində toxunan "Nəqşicahan" xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi də keçirilib, xalçaçılara həsr edilmiş rəsm əsərlərindən ibarət videoçarx nümayiş olunub.
Sərgi mayın 10-dək davam edəcək.
Daha sonra qonaqlar Azərbaycan Milli Xalça Muzeyi ilə tanış oldular. Qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verildi. Bildirildi ki, muzeyin kolleksiyasının "qızıl fondu"nu Azərbaycanın 7 regionunun xovlu və xovsuz xalça nümunələri təşkil edir.
Son illərdə şəhər mühitində ekoloji nəqliyyat vasitələrinə, xüsusil�

Qorxulu filmlər bəzən yalnız kinosal bir təcrübə deyil, həm də həyatı

Ölkənin əksər rayonlarında yağıntılı hava şəraiti davam edir.

Pakistan və Hindistan arasındakı gərginlik, tarix boyunca çoxsaylı münaqi

Çanaqqalanın Bayramiç rayonunun Pınarbaşı kəndində keçirilən toy məra

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley

Bakıda süni qızlıq pərdəsi satılır.

Avstraliyanın məşhur rok qrupu "Hoodoo Gurus"un ilk üzvlərindən

Müğənni Leyla Rəhimova qonaq olduğu efirdə kövrək anlar yaşayıb.

Mayın 7-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin m�

"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakista

Xəbər verdiyimiz kimi, bu gün Kazım Hüseynəliyev Naxçıvan Muxtar Respubl

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Gömrük K

Mədəniyyət Nazirliyinin nəzdində Mədəni və Yaradıcı Sənayelərin İnk
