Azərbaycanda kazinolar bu şərtlərlə açıla bilər
Digərləri 06 May 2025 12:50:00 103 0
Müasir dövrdə ölkələrin iqtisadi inkişafında xidmət sektorunun, xüsusilə də turizmin rolu getdikcə artmaqdadır. Qlobal səviyyədə rəqabət gücləndikcə, dövlətlər turizm potensialını daha səmərəli şəkildə istifadə etməyə və bu sahədən maksimum gəlir əldə etməyə çalışırlar. Turizm yalnız istirahət və əyləncə deyil, eyni zamanda valyuta axını və yeni iş yerlərinin yaranmasına təkan verən bir vasitədir. Bu gün turizm sahəsi ən yüksək gəlir gətirən fəaliyyət sahələrindən biri hesab olunur. Məhz buna görə də bir çox dövlətlər daha çox turistin diqqətini çəkmək üçün müxtəlif təşəbbüslər həyata keçirirlər.
Bu xəbəri də oxu: Kiberdələduzların qurbanı olmamaq üçün nə etmək lazımdır?
Son.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov açıqlama verib:
"Qonşu ölkələrin təcrübəsi göstərir ki, bu sahə düzgün idarə olunanda həm turizmə, həm xidmət sektoruna, həm də məşğulluğa müsbət təsir edə bilər. Məsələn, Gürcüstan turizm cəlbediciliyini artırdı. Qazaxıstanda zonalaşdırma tətbiq olundu. Türkiyə isə qadağa yolu seçdi, nəticədə qeyri-leqal fəaliyyət yarandı, həmçinin qumar pulları xaricə axdı".
Bəs bizə kazinolar nə verə bilər, nəyi əlimizdən ala bilər?
"Azərbaycana gələn turistlərin 80%-i Bakıdan o tərəfə çıxmır. Ona görə kazinolar Bakıda şəhər turizmini və əyləncə sektorunu gücləndirə bilər. Otel və restoran biznesini canlandıra bilər. Yeni iş yerləri yarada bilər. Xarici valyuta və turist axınını artıra bilər. Dövlət büdcəsinə sabit gəlir gətirə bilər. Kölgə iqtisadiyyatında olan qumar pullorını leqallaşdıra bilər.
Amma əgər kazino açılacaqsa, bu, bir-iki şəxsin nəzarətində, inhisar formasında yox, rəqabətli və şəffaf şəkildə olmalıdır. Vergi yükü məntiqi səviyyədə saxlanmalı, amma dövlətə sabit gəlir təmin edilməlidir.
Eyni zamanda risklər də nəzərə alınmalıdır. Qumar asılılığı, ailə büdcələrinin dağıntısı, sosial fəsadlar, çirkli pulların yuyulması və digər risklər daim mövcuddur.Buna görə də bu sahə yalnız ciddi şərtlərlə açılmalıdır. Oynayan şəxslərin məhdudiyyətlərin qoyulması məqsədilə (yaş və s) şəxsiyyəti identifikasiya edilməli, "money laundering"ə qarşı xüsusi nəzarət mexanizmi qurulmalı, bütün ödənişlər nağdsız və izlənilə bilən sistemlə aparılmalıdır. Kazinolar coğrafi olaraq məhdudlaşdırılmalı, eyni zamanda onların reklamına ciddi nəzarət olunmalıdır".
Ekspert qeyd edib ki, əgər bu şərtlər təmin olunmayacaqsa, kazinoların açılması nə iqtisadi rifaha, nə turizmə, nə də xidmət sektoruna real fayda verəcək. Əksinə, bu addım cəmiyyətdə sosial pozuntuları artıran, hüquqi nəzarəti zəiflədən və mənəvi dəyərləri aşındıran bir prosesə çevrilcək. Nəticədə də dövlətin qazanacağından çox, cəmiyyətin itirəcəyi olacaq.
Aysel Əkbər Son.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Belarus Resp

Zonguldakda 92 yaşlı Şerife Ay adlı qadın qəfil başlayan şiddətli qarı

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin ümid etdiyini bildirib ki,

Aktrisa Feyza Civelek məhkəməyə verilib.

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək at

Bu şəhərlər insan nəsli məhv olmaq təhlükəsi qarşısında qalanda isti

Naxçıvan Muxtar Respublikasına iqtisadiyyat naziri təyin edilib.

Bolt, xidmətin keyfiyyətini təkmilləşdirmək və xidmət səviyyələrini

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun evində yad

Astara rayon Toradi kənd sakini olan 16 yaşlı Gülnarə Şahid qızı Əlizad

ABŞ Prezidenti Donald Tramp 15 ay Rusiyada həbsdə qalan rus-amerikalı baleri

Nərimanov rayonunda bir qrup sakin binalarına yaxın ərazidə tikinti işlər

Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 6-da Fəxri xiyab
