Maştağada itkin düşən qızları evində gizlədən taksi sürücüsü
Digərləri 05 May 2025 21:27:00 81 0
Bakının Sabunçu rayonunda itkin düşən qızları evində gizlədən taksi sürücüsü Ramiz Rasim oğlu Umudov həbs olunub.
Bu xəbəri də oxu: İqtisadi tənəzzülə hazır olmalıyıq AİB prezidenti
Son.az "Teleqraf"a istinadən xəbər verir ki, ona İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.
R.Umudovun barəsində olan iş Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. O, xırda xuliqanlıq və polisə müqavimət göstərməkdə təqsirli bilinib. Qərara görə R.Umudov 10 gün müddətinə həbs olunub.
Qeyd edək ki, bu ilin aprelin 16-da saat 20 radələrində 2008-ci il təvəllüdlü Aygün Bəhram qızı Hüseynova və 2007-ci il təvəllüdlü Reyhan Elşən qızı Hüseynova evdən heç kimə xəbər vermədən çıxıb gediblər və geri qayıtmayıblar. Dayıqızı-bibiqızı olan yeniyetmələr aprelin 26-da Maştağada taksi sürücüsünün evindən tapılıblar.
Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Araşdırma Daxili İşlər Nazirliyinin (DİN) nəzarətinə götürülüb. Son.az
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar

Qanunvericiliyə əsasən, uşaqları saxlamaq valideynlərin borcudur. Ailə m�

Bu həftə astroloji baxımdan əhəmiyyətli dəyişikliklər baş verir və b�

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Müəllimlərə sosial dəstəyin gücləndirilməsi istiqamətində yeniliklər

İsmayıllı rayon sakini Emin Qırxlarovun başına qəribə hadisə gəlib.

Mayamidə 30-a yaxın influenserin yaxta gəzintisi biabırçılıqla bitib.

Azərbaycanda bir sıra məktəbəqədər təhsil müəssisələrində təmir v�

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampla telefon

Özbəkistan Mərkəzi Asiyada regional əlaqələrin yaxşılaşdırılmasında

Almalı yaş keks — həm meyvəli, həm də içi nəmli olduğu üçün çox l

Bir dövrə damğasını vuran və milyonlarla insanın istifadə etdiyi mesajla

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində 19

Mayın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Opera stud
