Müəllimlərin sertifikasiya imtahanının tarixi niyə açıqlanmır?
Digərləri 05 May 2025 14:15:00 97 0
Azərbaycanda yay aylarında müəllimlərin növbəti sertifikasiya imtahanının keçirilməsi nəzərdə tutulub. Sertifikasiyaya biologiya, kimya, coğrafiya, informatika və fizika müəllimləri cəlb olunacaq.
Bu xəbəri də oxu: Bu yolda sürət həddi endirildi
2022-2024-cü illər ərzində 65 min nəfərə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib. İndiyə kimi sertifikatlaşdırma prosesini uğurla keçmiş müəllimlərin ümumi sayı 55 min nəfər olub.
Nazirlər Kabinetinin qərarına uyğun olaraq, sertifikatlaşdırmada uğur qazanmış 38 min müəllimin əməkhaqqına 10%, 17 min müəllimin əməkhaqqına isə 35 faiz əlavə tətbiq edilib. Nəticədə maaşına 10% əlavə olunan müəllimlərin orta aylıq əməkhaqqı 980 manat, maaşına 35% əlavə olunan müəllimlərin orta aylıq əməkhaqqı isə 1295 manat təşkil edib. Bu il təxminən 27 minə yaxın müəllimin sertifikasiya prosesinə cəlb ediləcəyi gözlənilir.
Qeyd edək ki, sertifikasiyanın nə vaxt keçiriləcəyi açıqlanmayıb.
Son.az xəbər verir ki, modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova da deyir ki, son illərdə müəllimlərin sertifikatlaşdırma prosesi ilə bağlı tarixlər əsasən aprelin sonunda açıqlanırdı.
"Bu, həm təqvim baxımından müəllimlərə planlama imkanı verir, həm də hazırlıq prosesinə psixoloji olaraq köklənməyə şərait yaradırdı. Lakin cari ildə bu ənənənin pozulması, yəni tarixlərin gec açıqlanması, bir sıra suallar doğurur", - o qeyd edib.
Günay Əkbərovanın sözlərinə görə, əsas səbəblərdən biri kimi Elm və Təhsil Nazirliyində bəzi yeni prosedurların tətbiqi, normativ sənədlərin yenilənməsi bu kimi gecikmələrə səbəb olur:
"Bundan əlavə, əvvəlki illərdə keçirilmiş imtahanlara dair toplanan geribildirimlərin dəyərləndirilməsi və formatın təkmilləşdirilməsi də daha çox vaxt tələb edə bilər. Müəllimlərin bu ilki imtahanlarda nəyin dəyişə biləcəyi ilə bağlı narahatlıqları haqlıdır. Baxmayaraq ki, radikal dəyişikliklər gözlənilmir".
Müsahibimiz bildirib ki, bu prosesdən keçən bir çox müəllim kimi sizə həm təcrübəyə, həm də gerçəkliyə əsaslanan bir neçə səmimi tövsiyələri var:
"Tarixlərin gec açıqlanması prosesin daha ciddi şəkildə hazırlandığını göstərir. Nəzəriyyəni əzbərləməkdən çox, tətbiq etməyi öyrənmək daha faydalıdır. Metodika biliklərini dərs mühitində necə istifadə etdiyinizi düşünün. Müsahibə mərhələsində öz dərs təcrübənizdən çıxış edin. Müsahibədə konkret situasiya nümunələri sizə üstünlük qazandıracaq.Digər müəllimlərlə birgə hazırlaşmaq, qrup şəklində test işləmək, fikir mübadiləsi aparmaq həm motivasiya yaradır, həm də psixoloji təzyiqi azaldır.
Yalnız rəsmi mənbələrə güvənin. Sosial mediada yayılan qeyri-dəqiq məlumatlar sizi çaşdıra bilər. Elm və Təhsil Nazirliyinin və Təhsil İnstitutunun rəsmi səhifələrini izləyin. Unutmayın, bu imtahan sizin peşəkar inkişaf yolunuzdakı bir mərhələdir. Onu keçmək yalnız bilik deyil, həm də özünəinam, hazırlıq və məqsədyönlülük tələb edir. İnanıram ki, digər fənnlərdə olduğu kimi, yenə müəllimlərimiz yüksək nəticələr göstərəcək"- G.Əkbərova qeyd edib.
#AzərbaycanMüəllimləri: TikTok Elm və Təhsil Nazirliyinin dəstəyi ilə m

Müasir Avrasiya geosiyasi dramının paradoksal səhnələrindən biri yaşanı

Bakıda 10 yeni metrostansiyanın tikiləcəyi ərazilərin müəyyənləşdirim

Ağ Evin "X"dəki rəsmi hesabı prezident Donald Trampın "Ulduz

Paytaxt sakinləri 158 saylı avtobus marşrutunda yaranan sərnişin sıxlığ�

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu açıqlaması ilə diqq�

Suriya artıq uzun müddətdir ki, öz faciəsində müstəqil aktor olma status

Paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məsci

Bakıda "Vertu" markalı mobil telefon fantastik qiymətə satışa ç

Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 5-də Azərbaycan

Ukraynadan pilotsuz təyyarənin hücumundan sonra Moskva aeroportu bağlanıb

Xətai rayonunda təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin ver

ABŞ Prezidenti Donald Tramp San-Fransiskodakı Alkatras həbsxanasının yenid�

"Hayat Devam Ediyor" serialı ilə tanınan türkiyəli aktrisa Meltem
