Rəsmi Bakı Badamova görə Moskvadan izahat GÖZLƏYİR
Siyasət 04 May 2025 15:12:00 92 0
Rusiya tərəfinin deputat Azər Badamovun Moskva hava limanında saxlanılması və Rusiyaya girişinə qadağa qoyulmasını qeyri-dost addım hesab edir, izahat gözləyirik
Son.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycan Respublikası Milli Məclisinin üzvünün Rusiya Federasiyası ərazisinə buraxılmaması ilə bağlı suala cavabında bildirib.
"Bəli, həqiqətən bu gün bu hadisə baş verib. Qeyd edək ki, Milli Məclisin üzvü Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfəri məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru - Hökümət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə təşkil olunub", - o bildirib.
Onun sözlərinə görə, nümayəndə heyəti Bakıdan Moskvaya uçmasına baxmayaraq, Rusiya tərəfi hər hansı bir ilkin xəbərdarlıq və ya məlumat vermədən heyətin tərkibində olan millət vəkili Azər Badamovu Moskvada hava limanında saxlayaraq, onun ölkəyə girişinə qadağa qoyulduğunu bildirib.
"O bir müddət Moskva hava limanında gözlədildikdən sonra, ölkəmizə geri qaytarılıb. Məsələ ilə əlaqədar, dərhal Rusiyadakı Səfirliyimiz vasitəsilə Rusiya XİN-i ilə əlaqə saxlanılıb, Rusiya XİN-in rəsmisi məsələnin araşdırılacağını bildirərək, bu qərarın səbəbləri barədə izahat verməyib.
Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir, məsələ ilə əlaqədar Rusiya tərəfindən turarlı izahat veriləcəyini gözləyirik", - deyə A.Hacıyev qeyd edib.
Əyləncə məqsədli astroloji təhlil – ciddi qərarlar üçün deyil

Gəlmə turizmi bütün dünyada turizm sektorunun prioritet sahələrindən bir

Xəbər verdiyimiz kimi, Bakıda Kürdəmir rayonunun Qaraqoçalı kənd sakini,

Epic Games ilə qalmaqallı məhkəmə işindən sonra, Meta şirkətinin rəhb�

Soyuqdəymə adətən qış fəslilə əlaqələndirilsə də, bir çox insan el

Türkiyə televiziyasının yeni layihələrindən biri olan "Ailə saadət

Məlum olduğu kimi, Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilat

1859-cu ildə baş vermiş "Carrington hadisəsi" tarixdə qeydə alı

Bu gün Azərbaycan dilindən fərqli dillərdə tədris aparılan ümumi təhsi

Bakı marafonunun qalibi olmaq artıq üçüncü dəfədir ki, mənim üçün re

Mayın 3-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin

May ayı altı bürc üçün dönüş nöqtəsi ola bilər. Astroloqlar xəbərd

Quba şəhərinin Heydər Əliyev prospektində ağır yol nəqliyyat hadisəsi

Paytaxtın Hüseyn Seyidzadə küçəsindəki piyada zolaqları silinib.

Mayın 5-də gözlənilən hava şəraiti açıqlanıb.
