Zərərçəkmiş şəxs: Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri nəticəsində öldü
Siyasət 02 May 2025 14:20:00 63 0
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesi zərərçəkmiş şəxslərin ifadələri və suallara cavab verməsi ilə aparılır.
Bu xəbəri də oxu: Moskva İrəvanda yeni siyasət hazırlayır
Son.az AZƏRTAC-a istinadən bildirir ki, zərərçəkmiş şəxs, Qaradağlı kənd sakini Rafiq Quliyev Ermənistan Silahlı Qüvvələri hərbçilərinin kəndə dəfələrlə hücum etməsi, avtobusları atəşə tutması, azərbaycanlılara işgəncə verilməsi, qətlə yetirməsi və sair barədə danışıb və kəndin işğalı ilə bağlı sualları cavablandırıb.
"Bizə deyirdilər ki, Qarabağ ermənilərindir, çıxın gedin", - deyə R.Quliyev qeyd edib.
O, Qaradağlı kəndi işğal olunan zaman özünün, atasının və anasının Ermənistan hərbçiləri tərəfindən girov götürüldüyünü bildirib. R.Quliyev özünün, atası Əlastan Quliyevin digər azərbaycanlılarla birlikdə "KamAz"lara mindirilərək Xankəndiyə aparıldığını, yolda "Bəylik bağı" adlanan yerdə maşını saxlayaraq girovların bir qisminin qətlə yetirildiyini deyib. Zərərçəkmişin atası Ə.Quliyev bir müddət girovluqda qalandan sonra Ermənistan hərbçilərinin verdiyi işgəncələr nəticəsində ölüb. "Anam 13 gün girovluqda saxlanıldıqdan sonra qaytarıldı. Mən isə 45 gündən sonra girovluqdan azad edildim. Girovluqda olan zaman bizi hər axşam döyürdülər. Hər gün bir tikə çörək, azca su verirdilər ki, ölməyək, sağ qalaq. Amma işgəncə verməkdə davam edirdilər", - deyə o bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Türkiyədə qeydi-adi oğurluq hadisəsi baş verib.

"28 May" stansiyası bağlanmır, müəyyən istiqamətlərdə hərək

Soyqırımı sadəcə kütləvi qətl deyil. Bu, yalnız şəkillərdə və şah

Rüşvət müqabilində gömrük sərhəddindən malların keçirilməsinə şə

Azərbaycanlı reper Asya Alizadenin başına iş gəlib.

Mütəxəssislər bazarın liderinə diqqət yetirməyi və hələ də geridə q

"WhatsApp"ın veb versiyası tezliklə daxili səsli və video zəng x

Uzun illər əvvəl işləməyən Sovet peykinin mayın əvvəlində Yerə düş

Bu gün Türkiyənin Mərmərə dənizində 3,2 bal gücündə zəlzələ baş v

Aktrisaya vurduğu şillə baha başa gəldi - Yüksək vəzifəsindən kənarla

Yazın sonunda, dörd bürc daha əvvəl heç ağlından belə keçirmədikləri

Meyxanaçı Balaəli Maştağalı maraqlı açıqlamalar verib.

Cəlilabaddda bir neçə həftədir ki, çiyələk yığımına başlanılıb. �

Azərbaycan Resbulikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini m�
