Moskva İrəvanda yeni siyasət hazırlayır
Siyasət 02 May 2025 11:51:00 90 0
Ermənistan hakimiyyətinin faktiki olaraq Qərbin tam və totald nəzarətində olduğunu anlayan Rusiya bölgədə təsir imkanlarının ifrat zəifləməsinə imkan verməmək üçün hərəkətə keçmək qərarına gəlib.
Bu xəbəri də oxu: "Bizə deyirdilər ki, Qarabağ ermənilərindir, çıxın gedin"
Rəsmi Moskva İrəvanla əlaqələrin idarəolunma və konrtrol səlahiyyətlərini Dmitri Kozakdan alaraq Sergey Kiriyenkoya verib. Bu isə Moskvanın strateji yanaşmasının dəyişməsinin rəmzi olaraq qiymətləndirilir: birbaşa təzyiq əvəzinə indi informasiya təsiri və nəzarət olunan mövcudluq prioritetə çevrilir. Bu dəyişikliklərin arxasında nə dayanır, hansı strukturlar bu işə cəlb olunub və Kremlin Ermənistandakı perspektivləri nədən ibarətdir?
Uzun illər ərzində postsovet məkanına nəzarət edən Kozak bu dəfə daxili siyasi texnologiyalar üzrə Kreml memarına yer verdi. Məzkur qərar, Ermənistan siyasətində vurğuların dəyişməsi ilə izah olunur: Kreml artıq İrəvana köhnə razılaşmalar və güc rıçaqları ilə təsir göstərə bilməyəcəyini anlayır. İndi diqqət informasiya-psixoloji metodlara, rəqəmsal təsirə və alternativ gündəmin formalaşdırılmasına yönəlib.
Kiriyenko artıq Abxaziya, Cənubi Osetiya, Dnestryanı və Donbas kimi tanınmayan və qismən tanınan qurumlara nəzarət edir. İndi isə bu siyahıya Ermənistan da əlavə olunub. Bu addım Moskvanın strategiyasını təsdiqləyir: İrəvan artıq Kolllektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzrə müttəfiq sayılmır, informasiya təzyiqi üçün obyekt kimi nəzərdən keçirilir.
2020-ci ildən sonra daha da dərinləşən Ermənistan-Qərb yaxınlaşması, 44 günlük İkinci Qarabağ müharibəsi və ardınca Nikol Paşinyanın atdığı diplomatik addımlar fonunda daha da kəskin xarakter alıb. Fransa ilə strateji dialoq sazişinin imzalanması, Qərb təhlükəsizlik təşəbbüslərində iştirak və KTMT-dən çıxmağa dair işarələr Moskva tərəfindən qeyri-dost jestlər kimi qiymətləndirilir. Kreml cavab olaraq hərbi deyil, informasiya mexanizmlərini işə salır. Məqsəd - Ermənistanın Rusiya təsir dairəsindən tam çıxmasının qarşısını almaqdır. Kreml "yumşaq güc" alətləri vasitəsilə aşağıdakıları həyata keçirməyə ümid edir: erməni cəmiyyətinin bir hissəsində Rusiyaya simpatiyanı bərpa etmək (xalq diplomatiyası layihələri vasitəsilə), intellektual və ekspert mühitində loyallığı formalaşdırmaq, media sahəsinə onlayn resurslar, QHT-lər və tərəfdaş təşəbbüslər vasitəsilə təsir göstərmək, ölkə daxilində və beynəlxalq arenada antirusiya təşəbbüsləri bloklamaq.
Yeni strategiyanın həyata keçirilməsinə Kremlin üç əsas strukturu cavabdehdir: Daxili siyasət idarəsi (Andrey Yarin) - kuratorların, texnoloqların, məsləhətçilərin koordinasiyasına və Ermənistan siyasətinə "daxilolma nöqtələri" ilə işə cavabdehdir.
Monitorinq və təhlil idarəsi (Aleksandr Xariçev) - sosial şəbəkələrin, sorğuların və siyasi risk matrislərinin təhlili ilə məşğuldur.
İctimai layihələr idarəsi (Sergey Novikov) - qrant proqramları, təhsil layihələri və gənclərlə iş daxil olmaqla "yumşaq" təşəbbüsləri həyata keçirir.
Baş nazir Nikol Paşinyan, siyasi böhranlara və Qarabağda məğlubiyyətə baxmayaraq, hakimiyyəti saxlamağı bacarıb. 2025-ci ilin may ayına olan vəziyyətə görə, onun siyasi kapitalı sabitdir və görünür, 2026-cı il parlament seçkilərində qələbə qazanmağa hazırlaşır. Müxalifət parçalanmış vəziyyətdədir, əsas fiqurlar - sabiq prezidentlər Koçaryan və Sərkisyan - ictimai dəstəyini itiriblər.
Kreml qüvvələr balansını ayıq şəkildə qiymətləndirir. İrəvanda hakimiyyət dəyişikliyi Kremlin məqsədi deyil. Əsas hədəf - mövcud hakimiyyət arxitekturasına "inteqrasiya olunmaq", Qərb aktorlarının təsirini minimuma endirmək və heç olmasa "aşağı səviyyəli infrastruktur" vasitəsilə idarəetmə rıçaqlarını qorumaqdır: yerli media, ekspertlər, dini çevrələr və iqtisadi əlaqələr vasitəsilə.
Paşinyan hökuməti ABŞ-da Ukrayna, Gürcüstan və Vaşinqtonun digər müştəriləri ilə işi ilə tanınan "Mercury" lobbi şirkəti ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri aylıq 50 min ABŞ dollarıdır. Rəsmi məqsəd - Ermənistanın ABŞ üçün strateji tərəfdaş kimi imicinin təşviqidir.
Müqavilə, Vaşinqtonda administrasiya dəyişikliyi fonunda qüvvəyə minib. ABŞ prezidenti Donald Trampın ermənilərlə münasibətləri soyuqdur və Bakı ilə əlaqələri gücləndirib. Təcrid perspektivindən narahat olan Paşinyan "Mercury" vasitəsilə yeni administrasiya qarşısında imicini yenidən formalaşdırmağa, dialoqa açıq olduğunu və ABŞ maraqlarına uyğunlaşdığını göstərməyə çalışır.
Bu addım Moskvada narahatlıqla qarşılanıb. ABŞ şirkəti ilə PR əməkdaşlığı, İrəvanın Rusiyadan uzaqlaşmağa hazır olduğuna dair nümayişkaranə siqnal kimi dəyərləndirilir - KTMT-dən çıxışa, Aİİ-də iştirakın məhdudlaşdırılmasına və NATO standartlarına uyğunlaşmaya qədər uzanan bir xəttin tərkib hissəsi kimi.
Ermənistanda Rusiyanın yararlana biləcəyi güclü və təsirli prorus siyasi fiqurlar demək olar ki, qalmayıb. Qarabağ sonrası siyasi böhran "qarabağ klanı"nın qalıq nüfuzunu sıradan çıxardı, yeni nəsil liderlər isə rəqəmsal təşəbbüslər və korrupsiyaya qarşı ritorika fonunda formalaşaraq Qərbə yönəliblər.
Rusiya yönümlü QHT-lər faktiki olaraq ölkədən çıxarılıb, pravoslav kilsəsi marginallaşıb, iqtisadi əlaqələr daralır, humanitar proqramlar isə sistemlilikdən uzaqlaşıb. Moskva hazırda Ermənistanda "kənar oyunçu" mövqeyindədir.
Etibarlı tərəfdaş dayaqları olmadığı üçün o, hərəkət imkanları məhdud xarici qüvvə kimi davranmağa məcburdur.
Ermənistanın 2025-2026-cı illərdə KTMT-dən çıxması riski mövcuddur. Rusiya ilə münasibətlərin kəskin soyuması fonunda Ermənistan artıq 2023-2024-cü illərdə KTMT-də iştirakını faktiki dondurmuşdu: Paşinyan əsas sammitlərdə iştirak etmədi, Ermənistan tərəfi hərbi təlimlərdən imtina etdi.
2025-ci ildə rəsmi İrəvan müqavilə öhdəliklərinə hüquqi baxış keçirməyə başlayıb və KTMT-dən çıxmaq imkanını ciddi şəkildə müzakirə edir. Bu, Rusiya üçün Cənub cinahında əsas müttəfiqin itirilməsi, KTMT-nin "təhlükəsizlik təminatçısı" kimi legitimliyinin çökməsi, Ermənistanın Fransa, Hindistan, Yunanıstan və ABŞ-la hərbi əməkdaşlığının güclənməsi, regionda Rusiya hərbi mövcudluğunun, o cümlədən Gümrüdəki 102-ci bazanın, kəskin şəkildə azaldılması ehtimalı ilə nəticələnə bilər.
Digər təhlükə Ermənistanın antirusiya sanksiya koalisiyalarına qoşulmasıdır. 2023-cü ilə qədər Ermənistan sanksiya məsələsində formal neytrallığını qoruyub saxlayırdı. Lakin 2024-2025-ci illərdə Qərbin təzyiqlərini yumşaltmaq məqsədilə qismən sanksiya rejiminə uyğunlaşma siyasəti başladı - xüsusilə bank və texnoloji sektorlarında.
Artıq Rusiya istiqamətli "boz" idxal kanallarının bağlanması, maliyyə köçürmələrinə nəzarət və Aİİ-də logistikanın monitorinqi ilə bağlı məlumatlar yayılıb.
Bu, Avropa İttifaqı və ABŞ sanksiyalarına "seçməli" sahələr üzrə qoşulma, Ermənistanın sanksiyalardan yayınma üçün tranzit mərkəzi statusunun itirilməsi, Rusiya ilə işləyən erməni şirkətlərinə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqinə yol açılması və İrəvanın Avropa İttifaqının "sanksiya protokolu"na strateji uyğunlaşdırılması risklərini yaradır. Növbəti təhlükə İrəvanda Qərb bazalarının və ya "təhlükəsizlik ofislərinin" yaradılmasıdır.
Kreml üçün ən narahatedici siqnallardan biri də Ermənistanda Aİ-nin daimi hərbi missiyasının (EUMA) genişləndirilməsi və Fransa və ya ABŞ-la birgə nəzarət-müşahidə mərkəzlərinin yerləşdirilməsi ilə bağlı müzakirələrdir.
Bəhs etdiyimiz məqam Avropa İttifaqı nəzdində daimi müşahidə bazalarının yaradılması, informasiya-analitik və kəşfiyyat yönümlü "təhlükəsizlik ofisləri"nin açılması, rəsmi NATO üzvlüyü olmadan alyans tipli bölmələrin yerləşdirilməsi ilə nəticələnə bilər.
Nəticədə Rusiya Ermənistan üçün hərbi zəmanətçi statusunu itirə bilər, Ermənistan-Azərbaycan münaqişə zonasındakı balans pozular və Ermənistan faktiki olaraq Cənubi Qafqazda NATO-ya dayaq nöqtəsinə çevrilə bilər. Rusiyanın informasiya müstəvisində təcrid olunması da ciddi problemdir. Son illərdə Ermənistanda rusdilli və prorus mediasının sayı sürətlə azalıb. Rusiya telekanalları məhdudiyyətlərə məruz qalıb, bəzi rəqəmsal platformalara çıxış bloklanıb, yerli tərəfdaş mediaya isə qrant dəstəyi dayandırılıb.
Situasiya Qərb fondlarının (National Endowment for Democracy, Open Society) təsirinin artması, mediaməkanın ingilisdilli və fransızdilli təsir agentləri tərəfindən monopoliyalaşdırılması və sosial şəbəkələrdə antirusiya ritorikasının dominant hala gəlməsi ilə müşayiət olunur.
Bu isə Rusiya gündəmini yerli auditoriyaya çatdırma imkanlarının zəifləməsi, Kreml üçün ictimai rəyə təsir imkanlarının itməsi və 2026-cı il seçkiləri ərəfəsində loyal media platformalarının olmaması ilə nəticələnə bilər. Son risk Ermənistandakı erməni diasporuna və dini strukturlara təsirin itirilməsidir. Erməni diasporası ənənəvi olaraq ABŞ, Fransa və Yaxın Şərq ölkələrində yüksək lobbi potensialına malik olub. Vaxtilə Moskva diasporanın bir hissəsinin loyal münasibətinə ümid edə bilirdi - xüsusilə Rusiya və Yaxın Şərqdə.
Amma 2020-ci ildən sonra bu vəziyyət dəyişməyə başlayıb. Diasporanın bir hissəsi Moskvaya Qarabağ məsələsində "xəyanətkar" kimi yanaşır, ABŞ, Fransa və Vatikan "erməni maraqlarının yeni mərkəzləri" kimi təqdim olunur, Erməni Həvariyun (Apostol) Kilsəsinin bir hissəsi üçün Moskva Patriarxlığının mənəvi nüfuzu zəifləyib. Nəticədə Rusiya kilsə və diaspor vasitəsilə qeyri-rəsmi təsir kanallarını itirib, Vaşinqton və Parisdə tərəfdaş lobbi yoxdur, ABŞ-dakı erməni fəal icmasının Rusiya maraqlarına təzyiqləri isə artmaqdadır.
Əsas ssenarilərdən biri təsirin qorunub saxlanmasıdır və bu, "yumşaq güc" kanalları, yeni ictimai təşəbbüslər və gənclərlə iş vasitəsilə həyata keçirilə bilər. Bu, aqressiya deyil, uzunmüddətli və ardıcıl şəkildə cəmiyyətə inteqrasiya olunmağa əsaslanan aşağı səviyyəli modeldir. Bu çərçivədə Rusiya təhsildə, mədəniyyətdə və elmdə humanitar proqramları yenidən qurmalı, erməni dilində yeni rəqəmsal layihələr işə salmalı, gənclər üçün şəbəkə klubları, QHT-lər və təşəbbüs qruplarının yaradılmasına üçüncü sektor üzərindən dəstək verməli, birbaşa siyasi təsirdən yayınaraq "əməkdaşlıq" çətiri altında kreativ sənayeləri inkişaf etdirməlidir. Məqsəd ideoloji zorakılıq olmadan yeni, loyal bir sosial təbəqə formalaşdırmaqdır.
İkinci ssenari Rusiyaya loyal, lakin Köçəryan kimi siyasi ölülərlə və yaramazlarla assosiasiya olunmayan yeni siyasi aktorun - üçüncü qüvvənin formalaşdırılmasıdır.
Bu, yeni siyasi partiya və ya hərəkatın inkubasiyasını nəzərdə tutur. Formaca qərbyönlü, məzmun baxımından neytral-loyal, Kremlə qeyri-rəsmi kanallarla bağlı, MDB nostaljisi olmayan və NATO-ya da inanmayan "məyus elektorat"ın səslərini cəmləyən platforma ola bilər. Həminqüvvə texnokratik, iqtisadi və ya hətta ekoloji gündəmlə çıxış edə bilər, özünü ictimai nəzarət hərəkatı, "yeni simalar" və ya mənəvi-dini yenilənmə kimi təqdim edə bilər.
Üçüncü ssenari isə gündəmi praqmatik kanala çəkmək üçün iqtisadi layihələrin - energetika və nəqliyyat sahələrində əməkdaşlığın - aktivləşdirilməsidir.
Belə yanaşma praktik rus-erməni tərəfdaşlığının yenidən işə salınmasını nəzərdə tutur: İran vasitəsilə dəmir yolu və enerji infrastrukturunun inkişafı, rəqəmsal transformasiya sahəsində (GLONASS, kibertəhlükəsizlik) ortaq layihələr, erməni məhsullarının Aİİ bazarına çıxarılmasında Rusiyanın dəstəyi və startap inkubatorları, fintex, aqrosfera üzrə özəl sektorun iştirak etdiyi hibrid modellər. Məqsəd - Ermənistanı iqtisadi baxımdan Rusiyaya bağlamaq və bu yolla qərbyönlü siyasi meyillərə qarşı bir balans yaratmaqdır.
Ermənistan dosyesinin Kiriyenkoya verilməsi ümidsizlik aktı deyil, strateji manevrdir. Kreml uzunmüddətli oyuna, yəni güc tətbiq etmədən təsir imkanlarını saxlamaq məqsədinə olynayır.
Və bütün bunlar Moskva üçün son dərəcə əlverişsiz siyasi və ictimai mühitdə baş verir. Ermənistan daxilində güclü müttəfiq olmadan Moskvanın hərəkət imkanları məhduddur.
Əgər Rusiya qarşıdakı iki ildə qərbyönlü sürəti zəiflədə və ya nəzarət altına ala bilməzsə, Ermənistan nəhayət "rus dünyası"nın təsir dairəsindən çıxmış olacaq.
Moskva tələsməlidir. Əks təqdirdə, gec olacaq.
Elçin Alıoğlu Trend
Xəbər verdiyimiz kimi, Azərbaycanda vətəndaşların istənilən bankdan maa

Azərbaycanda ali təhsilin forma və mərhələləri üzrə ikinci ali təhsil

Hər gün mükəmməl qəhvə içmək istəyirsiniz, amma heç bir əlavə çət

Bakının Nəsimi rayonu ərazisində "Porsche" markalı avtomobili s�

Əməkdar artist Elnur Zeynalovun açıqlaması gündəm yaradıb.

Putinin Rusiyanı darə etməyə başlamasının 25-ci ildönümünə həsr edil

Ənənəvi olaraq toyuq və digər quş ətləri həm dadına, həm də nisbət�

Qubada yol-nəqliyyat hadisəsi baş verib.

Texniki nasaz avtomobilin yolun orta zolağında qalması, təhlükəsizlik təd

Sumqayıt şəhər 39 saylı orta məktəbin 7B sinif şagirdi Fuad Bəylərli v

Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda 2-ci F

Hindistanın Bihar əyalətində yerləşən Mokama şəhərindəki hökumət m�

Sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə yol açıb.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti uc
