Məhkəmədə Davit İşxanyanın Şuşanın işğalına dəstəyini əks etdirən video nümayiş olunub
Siyasət 01 May 2025 14:29:00 71 0
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Davit İşxanyanın Şuşanın işğalının qarşısını almaq istəyən Azərbaycan hərbçilərinin yolunu bağlaması barədə videomaterial nümayiş olunub.
Bu xəbəri də oxu: Prezident Qusarda yol təmirinə1,5 milyon manat ayırdı
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, ermənilər tərəfindən hazırlanmış videomaterialda deyilir ki, Azərbaycan hərbçilərinin Şuşanın işğalının qarşısını almaq məqsədilə Xocavənd istiqamətində irəliləməsini dayandırmaq üçün D.İşxanyan və onun dəstəsi Monte Melkonyanın əmri ilə yolu bağlayıblar.
Videokadrlarda bildirilir ki, 1992-ci il mayın 15-də dəstə komandiri Armen Avokyan döyüş zamanı ölüb, onun yerinə Davit İşxanyan təyin olunub.
Təqsirləndirilən şəxs D.İşxanyan videomaterilada yer alan faktların düzgün olmadığını, bu vidematerialın təbliğat məqsədi ilə çəkildiyini iddia edib. O deyib ki, bu film 2020-ci ilin əvvəllərində Azərbaycanın vaxtilə işğalda olan ərazilərində qondarma rejimin "parlament və prezident seçkiləri" ərəfəsində çəkilib: "Bunun məqsədi təbliğat idi. Mən həmin vaxt əsayla gəzirdim. İstəsəydim belə, fiziki cəhətdən orda iştirak edə bilməzdim".
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Bəzi təhsil müəssisələrində 1-ci sinfə qəbulun müsabiqə mərhələsi

Bazarda qiymətlər od tutub yanır. Bəzi tərəvəzlərin qiyməti ötən il n

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı milli musiqi irsimizin inc

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində t�

Sevgi həyatlarında əhəmiyyətli inkişaflar yaşayacaqları gözlənilən bu

30.04.2025 tarixində Park Cinemanın Park Bulvar filialında Qazaxıstanın Az�

Prezident İlham Əliyev "Qusar rayonunun Quxuroba-Hiloba-Yasaoba-Əniqoba-

Türkiyədə Siraç Ö. adlı şəxs Mardinin Kızıltəpə rayonunda məsciddə

Xalq artisti Röya Ayxan məclislərin birində görüntülənib.

Baş Dövlət Yol Polisi İdarəsinin Bakı-Quba yolunun Abşeron rayonu ərazis

Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsind

İran və Azərbaycan arasında Təbriz-Bakı və əks istiqamətdə hava reysl�

Xocalıda daha bir kütləvi məzarlıq aşkarlanıb.

Bakının Binəqədi rayonu ərazisində dələduzluq hadisəsi qeydə alınıb.
