“Nəsillərin dialoqu” adlı yeni layihə təqdim olundu FOTO


Kriminal 04 Fev 2026 22:10:00 58 0

“Nəsillərin dialoqu” adlı yeni layihə təqdim olundu  FOTO

Abonement konsertlər silsiləsi çərçivəsində Kamera və Orqan Musiqisi Zalında M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə "Nəsillərin dialoqu" adlı yeni layihə təqdim olundu. İlk dəfə təqdim edilən bu layihənin əsas ideyası müxtəlif nəsillərə mənsub ifaçıların yaradıcılıq ünsiyyətini səhnə üzərində canlandırmaq, milli musiqi irsinin müasir interpretasiyalarını nümayiş etdirmək və ustad-şagird ənənəsinin davamlılığını musiqi dili vasitəsilə ifadə etməkdən ibarət idi. Konsertdə ilk olaraq Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, professor Kamilə Dadaş-zadə çıxış edərək layihənin əhəmiyyətindən bəhs etmiş, bu cür təşəbbüslərin gənc ifaçıların formalaşmasında, milli musiqi düşüncəsinin qorunub inkişaf etdirilməsində mühüm rol oynadığını vurğulamışdır. Daha sonra konsert proqramı Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllimi, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Ələkbərov, tələbəsi AMK-nın müəllimi, istedadlı tar ifaçısı İbrahim Babayev və onun tələbələrinin özünəməxsus çıxışları ilə davam etmişdir. Qeyd edək ki, İbrahim Babayevi pianoda Pərviz Məmmədov, zərb alətlərində isə Vəfadar Ramiz müşayiət edirdi. Proqramda bəstəkar əsərləri ilə yanaşı, xalq musiqisi nümunələri, həmçinin İ.Babayevə məxsus muğam improvizasiyaları səsləndirilmişdir. Konsertin xüsusi məqamlarından biri də İ.Babayevin və tələbələrinin birgə ifa etdikləri "Colors of Azerbaijan" adlı kompozisiya olmuşdur. Bu əsərdə tar alətində təqdim olunan canlı improvizasiyalar milli musiqinin çağdaş səhnə estetikası ilə sintezinin bariz nümunəsi kimi qiymətləndirilə bilər. Yüksək peşəkarlıq, nəsillərarası yaradıcılıq dialoqu və milli musiqi düşüncəsinə müasir yanaşma ruhunda keçən bu konsert proqramı dinləyicilərin gur alqışları ilə qarşılanaraq böyük maraq və rəğbətlə yekunlaşdı. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az

Ən səxavətli 3 BÜRC: Xoşbəxt etməkdən zövq alırlar like
  • 04 Fev 22:00  
Digərləri Ən səxavətli 3 BÜRC: Xoşbəxt etməkdən zövq alırlar

Astroloqların fikrincə, bəzi bürclər paylaşmağı həyat tərzinə çeviri

arrow Ətraflı
“Zəng etdilər ki, Saqibi öldürüb dərəyə tullayıblar” like
  • 04 Fev 21:45  
Digərləri “Zəng etdilər ki, Saqibi öldürüb dərəyə tullayıblar”

Xəbər verdiyimiz kimi, Göygölün Molla Cəlilli kəndi ərazisində dərəd�

arrow Ətraflı
Ilin ən möhtəşəm gözlənilən Bakı Rəqs Çempionatı keçiriləcək  FOTO like
  • 04 Fev 21:31  
Kriminal Ilin ən möhtəşəm gözlənilən Bakı Rəqs Çempionatı keçiriləcək FOTO

22 fevral 2026-cı il tarixində Mərdəkan Mədəniyyət Sarayında ilin ən m�

arrow Ətraflı
Qardaşı övladlarını baltalamaqda ittiham edilən əminin like
  • 04 Fev 20:44  
Digərləri Qardaşı övladlarını baltalamaqda ittiham edilən əminin

Bir neçə gün öncə öz qardaşı övladlarını baltalamaqda ittiham edilən

arrow Ətraflı
Biabırçı görüntüləri yayıldı, kral qəsrini tərk etdi like
  • 04 Fev 18:55  
Dünya Biabırçı görüntüləri yayıldı, kral qəsrini tərk etdi

Epşteyn işi ilə bağlı açıqlanan sənədlərdə adı hallanan Kral Çarlz�

arrow Ətraflı
Prezident İlham Əliyev: Biz sülh şəraitində yaşamağı öyrənirik like
  • 04 Fev 17:54  
Siyasət Prezident İlham Əliyev: Biz sülh şəraitində yaşamağı öyrənirik

Biz (Ermənistan və Azərbaycan - red.) 30 ildən artıq müharibə şəraitind

arrow Ətraflı
Prezident İlham Əliyev: Bu mükafatı almaq mənim üçün böyük şərəfdir like
  • 04 Fev 17:51  
Siyasət Prezident İlham Əliyev: Bu mükafatı almaq mənim üçün böyük şərəfdir

İlk növbədə, bu mükafata görə mən Hakimlər Komitəsinə təşəkkürüm

arrow Ətraflı
"Sən aşıq yox, "ASIXSAN"" like
  • 04 Fev 17:34  
Şou-biznes "Sən aşıq yox, "ASIXSAN""

Müğənni Tacir Şahmalıoğlu aşıq Namiq Fərhadoğluna ünvanladığı sər

arrow Ətraflı
Səhiyyə Nazirliyindən xəbərdarlıq: "İlk dəfə" sizi necə dəyişir? like
  • 04 Fev 17:30  
Digərləri Səhiyyə Nazirliyindən xəbərdarlıq: "İlk dəfə" sizi necə dəyişir?

"Narkotik maddələrin orqanizmə təsiri onların qrupundan və dozasında

arrow Ətraflı
"Biz istəməzdik ki, abituriyentlər qorxaqorxa imtahana gəlsinlər" like
  • 04 Fev 17:20  
Digərləri "Biz istəməzdik ki, abituriyentlər qorxaqorxa imtahana gəlsinlər"

"Biz istəməzdik ki, abituriyentlər qorxa-qorxa imtahana gəlsinlər. Biz

arrow Ətraflı
Dərədən kişi meyiti tapıldı like
  • 04 Fev 17:14  
Digərləri Dərədən kişi meyiti tapıldı

Göygöl rayonunda kişi meyiti tapılıb. Meyit günorta saatlarında Molla Cə

arrow Ətraflı
“Arka Sokaklar”ın məşhur aktyoru qocalar evinə yerləşdirildi like
  • 04 Fev 17:05  
Şou-biznes “Arka Sokaklar”ın məşhur aktyoru qocalar evinə yerləşdirildi

Türkiyənin məşhur "Arka Sokaklar" serialında Vedat Müdir obrazı

arrow Ətraflı