Bədəndə iltihabı artıran "SAĞLAM" vərdişlər
Digərləri 29 Dek 2025 16:16:00 70 0
Gündəlik vərdişlərin bəziləri faydalı görünsə də, sağlamlığa zərər verə bilər.
Bu xəbəri də oxu: Ev almaq istəyənlərə şad xəbər
Son.az xəbər verir ki, gündəlik həyata uyğunlaşdırılan bəzi vərdişlər bədəndə iltihabın yaranmasına səbəb olur:
Həddindən artıq idman: İdman və fiziki aktivlik sağlam bədənin əsas sütunlarından biri olsa da, bu vərdişin ölçüsündə edilməsi vacibdir. Məşq zamanı bədəni həddən artıq yoran hərəkətlərin davamlı təkrarlanması əzələlərin bərpa olunmasına mane olur və bu da həmin nahiyədə iltihablanmaya səbəb olur. Nəticədə oynaq və əzələ ağrıları, müxtəlif xəstəliklər yarana bilər.
Yetərsiz qidalanma: Arıqlamaq məqsədilə az qidalanan və ya yemək vaxtlarını buraxan insanlarda bədən özünü təhlükə altında hiss edir və hüceyrə mexanizmlərini işə salır. Nəticədə saç tökülməsi, halsızlıq və əzələ ağrıları kimi yan təsirlər ortaya çıxır. Eyni zamanda immun sistemi zəifləyir və bərpa prosesi uzanır.
Lazımsız əlavələr: Xaricdən sağlam və zərərsiz görünən vitamin və mineral əlavələrinin həddindən artıq və ya ehtiyac olmadığı halda istifadəsi düzgün deyil. Qaraciyər və həzm sistemi üzərində artıq yük yaradan bu cür istifadə iltihablanmanı artırır. Mütəxəssislər xüsusilə A vitamini, dəmir və yağ turşusu əlavələrinin istifadəsində ehtiyatlı olmağı tövsiyə edirlər. Nəzarətsiz istifadə qaraciyər və immun sistemi ilə bağlı problemlərə səbəb ola bilər.
Daimi stress: Gərgin iş rejimi, davamlı stress və bədənin həddən artıq yüklənməsi də iltihabı artıran amillər sırasındadır. Bədən uzun müddət stress altında qaldıqda immun sistemi həddindən artıq reaksiya verir və iltihab səviyyəsi yüksəlir. Aparılan araşdırmalara görə, uzun saatlar işləyən insanlarda iltihab göstəriciləri daha yüksək olur. Bu isə yuxu problemləri, zəif immunitet və tez-tez xəstələnmə kimi hallara yol açır.
Uzunmüddətli aclıq: Aralıqlı oruc kimi uzun müddət qida qəbul edilməyən vəziyyətlər də sağlam sayılmır. Xüsusilə 48 saat və daha uzun davam edən aclıq dövrlərində bədəndə müvəqqəti də olsa iltihab səviyyəsi artır. Bu hal hormonal balanssızlıq, diqqət pozğunluğu, əsəbilik və başgicəllənmə kimi yan təsirlərə səbəb ola bilər.
Mina Mikayılova Son.az
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-cı il büdcəsi təsdiql�
"Evimizdə stəkanımdan heç kim çay içə bilməz, Ad günündə tortun üzə
HUAWEI MatePad Pro 12.2 2025 modeli ekran texnologiyasında iki fərqli fəlsəf
Azərbaycanda dövlət müəssisələrinin xalis mənfəətinin bölüşdürülm
Onlayn media subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş
Yeni ilin yaxınlaşması ilə 2026-cı ilin hansı dəyişiklikləri gətirəc�
Müğənni Tacir Şahmalıoğlunun illər əvvəl baş tutan toy mərasimindən
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti t
Azərbaycanda gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş həddi artı
2012-ci ildə Lənkəranda itkin düşmüş qadının qətlə yetirildiyi müəy
Özbəkistanda məktəb direktorunun şagirdə məxsus mobil telefonla bağlı d
Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi
Dekabrın 28-də Zirə Mədəniyyət Mərkəzinin Eko-Park ərazisində yerləş
"İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi" haqqında qa
Dövlət icbari şəxsi sığortası ilə əhatə olunan şəxslər üçün adam
