Leyla Əliyevanın təşəbbüsü ilə “Cırtdan Meqa Şousu” təşkil olunub
Digərləri 27 Dek 2025 18:15:00 56 0
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Cırtdan Meqa Şousu" bu il də ənənəvi olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunub.
Bu xəbəri də oxu: Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?
IDEA İctimai Birliyindən Son.az-a bildirilib ki, "Cırtdan: Zamanda Səyahət" başlığı ilə təqdim edilən şou Bakı Konqres Mərkəzinin səhnəsində nümayiş etdirilib. Şounun ilk seansı uşaq evlərində, internat və xüsusi internat məktəblərində böyüyən balaca qonaqlar üçün təşkil olunub və bu çərçivədə 17 uşaq müəssisəsindən gələn ümumilikdə 948 nəfər şou proqramını izləyib. Həmçinin IDEA İctimai Birliyinin könüllüləri tərəfindən uşaqlara hədiyyələr təqdim edilib. Yeni il ərəfəsində təqdim olunan bu rəngarəng və maraqlı tamaşa balaca izləyicilərə unudulmaz anlar yaşadaraq onlara bayram əhvali-ruhiyyəsi bəxş edib.
Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə həm ölkəmizin müxtəlif regionlarında, həm də dünyanın bir sıra ölkələrində humanitar, təhsil, səhiyyə, sosial, ekoloji və digər sahələri əhatə edən genişmiqyaslı layihələr mütəmadi olaraq həyata keçirilir. Xüsusilə bayram günlərində uşaq evlərində, internat müəssisələrində, eləcə də müalicə və qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbirlərinin təşkili bu təşəbbüslərin əsas istiqamətlərindən biridir. Himayədən məhrum olmuş, qayğıya daha çox ehtiyac duyan uşaqların sevindirilməsi, onların bayram ab-havasını hiss etmələri məqsədilə bu cür tədbirlər mütəmadi olaraq təşkil olunur.
Aparıcı Elgiz Əkbər TikTok-da canlı yayıma girdiyi üçün tənqid edildiy
Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Milli Kitabxanası, F.Köç�
Aparıcı Elşən Orucov saçlarını bənövşəyi rəngə boyayıb.
Biləsuvar rayonunda 51 yaşlı qadın iş yerində ölüb.
İmişlidə 56 yaşlı keçmiş məhkum dəm qazından boğularaq ölüb.
Tbilisi məhkəməsi Gürcüstanın keçmiş müdafiə naziri Baçane Axalayanı
Azərbaycanda bayram günləri yaxınlaşdıqca bazarlarda canlanma müşahidə
Türkiyənin tanınmış aktyoru Kenan İmirzalıoğlu yeddi il sonra yeni seria
Bakıda 4 nəfərin ölümü ilə nəticələnən "Location" klubdakı
Mingəçevir-Ağstafa marşrutu üzrə hərəkət edən qatarların fəaliyyəti
Xalq şairi Nəriman Həsənzadənin stasionar müalicəsi davam edir.
Minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində qaz xətti yarar
Aparıcı Lətafət Ələkbərova keçmiş həyat yoldaşı Nicat Cəfərzadəni
Ağdərə rayonunda kişi bədbəxt hadisə nəticəsində ölüb.
Bakıda 53 yaşlı əqli qüsurlu kişini elektrik cərəyanı vuraraq yandırı
