Leyla Əliyeva "Euronews"a IDEAnın ətraf mühitin mühafizəsi sahəsində fəaliyyəti haqqında danışıb
Digərləri 27 Dek 2025 10:13:00 73 0
IDEA İctimai Birliyi Azərbaycanda və dünyada ekoloji çağırışlara cavab vermək məqsədi ilə yaradılıb.
Bu xəbəri də oxu: Kibercinayətkarlar məsuliyyətə cəlb edildi Üç qurum birgə məlumat yaydı
Son.az xəbər verir ki, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "Euronews"a müsahibəsində bildirib.
Telekanal IDEA-nın ekologiya, iqlim dəyişikliyi və biomüxtəlifliyin qorunması sahəsində fəaliyyəti haqqında reportaj hazırlayıb.
"Əvvəldən başa düşürdük ki, ekologiya ayrı-ayrı növlərin xilası və ya iqlim dəyişikliyi ilə mübarizədən qat-qat artıqdır. Bu, həyat tərzimiz, mədəniyyətimiz və hər birimizin ətraf mühitə necə təsir etdiyimizlə bağlıdır. Bir çox ölkələr təəssüf ki, qorunan ərazilərini itirsə də, Azərbaycan onları genişləndirməkdə davam edir. Son illərdə iki yeni milli park açılıb, digərləri isə genişləndirilib.
Gələn il biz Qarabağ Milli Parkının açılışını gözləyirik və bundan sonra Azərbaycanda qorunan ərazilərin sahəsi ölkə ərazisinin təxminən 30 faizini təşkil edəcək. Bu gün bizim diqqətimizi yeni, aktual çağırışlara, xüsusən də Xəzər dənizindəki vəziyyətə - suyun səviyyəsinin aşağı düşməsinə, çirklənməyə və dəniz həyatı, o cümlədən Xəzər suitisi üçün artan təhlükəyə yönəldirik. Bu, heç bir ölkənin təkbaşına həll edə bilməyəcəyi böhrandır. Biz birlikdə hərəkət etməli və Xəzəri ortaq milli sərvətimiz kimi dəyərləndirməliyik.
Mənə elə gəlir ki, biz indi elə bir məqama çatmışıq ki, ekologiya artıq söhbətdən deyil, fəaliyyətdən ibarətdir. Biz bu barədə kifayət qədər danışmışıq və bu, əlbəttə ki, vacibdir, lakin təbiətin artıq sözə ehtiyacı yoxdur - onun bizim hərəkətlərimizə ehtiyacı var. Əsas odur ki, optimist qalmaq və hər kəsin, hətta tək başına çox şey dəyişə biləcəyini başa düşməkdir. Birlikdə isə möcüzələr yarada bilərik", - deyə Leyla Əliyeva qeyd edib.
Süjetdə Azərbaycanda ətraf mühitin mühafizəsi tədbirləri biomüxtəlifliyin qorunmasından çox kənara çıxdığı vurğulanıb. Milli institutlar və şirkətlər, xüsusən də IDEA ətraf mühitin mühafizəsi sahəsində həm quruda, həm də dənizdə işləyirlər. Bu işlərin ən bariz nəticələrindən birini ölkə ərazisində milli parkların genişləndirilməsi və mühafizəsində görmək olar.
"Euronews"a açıqlama verən Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Mühafizəsi Xidmətinin rəis müavini Arzu Babayeva deyib:
"Dünyada biomüxtəlifliyin itirilməsi, iqlim dəyişikliyi, ekoloji təzyiq kimi bir çox ekoloji problemlər mövcuddur. İndi hərəkət etmək vaxtıdır. Gördüyümüz iş özümüz üçün deyil, dünya, təbiət və gələcək nəsillər üçündür".
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə tezliklə dan
Suriyada kürd məsələsi niyə beynəlxalq hərbi, diplomatik və institusiona
Özünü Antiterror əməliyyatənda şəhid olan hərbçinin xanımı kimi təq
"Söküntü prosesində ilk növbədə qəzalı binalar sökülür. Çünki
Biləsuvar rayonunun bəzi ərazilərinin elektrik enerjisi ilə təchizatında
Tailand və Kamboca 20 gün davam edən gərgin döyüşlərdən sonra iki ölk�
3 gün əvvəl Amnistiya Aktı nəticəsində azadlığa buraxılan müğənni D
Balı yenidən axıcı və maye halına gətirmək üçün cəmi bir neçə sad�
"Journal of Child Psychology and Psychiatry" jurnalında dərc olunan
Qapı gözlənilmədən döyüldükdə təşvişə düşməyə ehtiyac yoxdur.
Mütəxəssislər qrip və yüksək hərarətlə müşayiət olunan virus infeks
İspanaq yarpaqlarının arasında gizlənən qum və palçıq çox vaxt adi yum
Şabalıdın qabığını soymaq çox vaxt çətin və vaxt aparan prosesə çev
