Elektron siqaretlərlə bağlı qadağa bu tarixdə qüvvəyə minir TƏSDİQLƏNDİ
Digərləri 26 Dek 2025 12:56:00 69 0
Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək.
Bu xəbəri də oxu: Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürdü
Son.az xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan ediləcək.
Həmçinin, nikotin tərkibli elektron siqaretlər də tütün məmulatı hesab ediləcək.
Bununla yanaşı, layihədə qanunvericiliyə aşağıdakı yeni anlayışların da daxil edilməsi təklif olunur:
Qızdırılan tütün məmulatı - tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulat. Qızdırılan tütün məmulatı elektron siqaret hesab edilməyəcək.
Elektron siqaret - qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsul. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula biləcək. Qanunun 2026-ci il aprelin 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Layihənin ilkin versiyasında Qanunun 2026-ci il fevralın 1-dən qüvvəyə minməsi nəzərdə tutulurdu.
Qanun layihəsi səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.
ABŞ-ın Luiziana ştatında yerləşən "Fibrebond" şirkətinin 1,7
Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "
Ötən il Aktau yaxınlığında vurulan AZAL təyyarəsinin sağ qalan stüarde
Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 28-də ABŞ Prezidenti Donald Tr
Görüşdə sahibkarlar ilə biznesin qurulması və inkişaf etdirilməsi istiq
Mərkəzləşdirilmiş imtahanlarda tələb olunan nəticəni əldə edə bilmə
"İstanbul Klinika" Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) Səhiyy
Milli Məclisin sabiq sədri Oqtay Əsədovun ötən gün xərçəng xəstəliyi
Sabunçu rayonunda 50 yaşlı kişi dəm qazından boğulub.
"Təhsil kreditlərində 90 gündən artıq gecikmə halları valideynlər�
"Saxta diplom məsələləri, özünüz də bildiyiniz kimi, bizi ciddi ş�
Bakıda 18:00-da həyat canlanır.
"Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiya
Ekranda qarşımıza çıxan "növbəti" məzmunu biz özümüz seçir
"Azərbaycan qanunvericiliyində açıq təhsil (öyrətim) forması nəzə
